Yazarlar
Gözümün qabağında can verən sonuncu sufi şair kimdir?
Akif Səməd mənim gözümün qabağında canını tapşırdı. Yazıçılar Birliyinin qarşısında... Ölümüylə sonuncu etirazını elədi.
Xatırlayıram, Yazıçılar Birliyinin qurultayında öz namizədliyini vermişdi. Şairi bu addımı atmağa sövq edənlər qurultayda onu tək qoydu. Ürək ağrıdan bu səhnə heç yadımdan çıxmayacaq. Mən indi o səhnəni təsvir etməkdə acizəm. Arxa sıralardan birində oturmuş Akif Səməd qəfildən ayağa qalxdı və özünün AYB sədrliyinə namizədliyini irəli sürdü. Bütün başlar bir anda arxaya çevrildi. Akif Səməd qara miləmil kostyumda idi, qırmızı köynək geymişdi. Zalda bir zəhərli ironiya dolaşdı. Ona səs vermədilər. Amma Akif Səməd bu jesti ilə çoxluğa qarşı çıxa bildi. O, bütün həyatı ilə, yaradıcılığı ilə çoxluğa qarşı idi. Yaşı az olsa da, qədim kişilərdən idi.
Sonuncu gün Yazıçılar Birliyinin Natəvan klubunda şair Rəfail İncəyurdun kitabının təqdimatında çıxış edirdi. Səhv etmirəmsə, tədbirin aparıcısıydı. Ondan əvvəl pilləkənlərdə rastlaşdıq, hal-əhval tutduq. Dedi, qalxım redaksiyaya, uşaqlara təzə kitabımı gətirmişəm. Birlikdə “Ulduz” jurnalının redaksiyasına qalxdıq, Qulu Ağsəsə və mənə kitablarını bağışladı, avtoqraf da yazdı. Xeyli söhbətləşdik, zarafatlaşdıq. Şirin Qazax ləhcəsində bir məzəli əhvalat da danışdı. Sonra...
Sonra başımız söhbətə qarışdı, Akif Səməd səssizcə çəkilib getdi. Uşaqlarla sağollaşıb aşağı düşəndə Natəvan klubunun qapısından içəri boylandım. Akif Səməd səhnədə ayaq üstə dayanmışdı, danışırdı. Samir Sədaqətoğlu ilə aşağı düşdük. Bir az parkda gəzişdik. Və... Bilmirəm nə qədər müddət keçdi. Yazıçılar Birliyinin qarşısına xeyli adamın yığıldığını gördük və tez yaxınlaşdıq ki, görək nə baş verir.
Ölüm Akif Səmədə yolu keçməyə imkan verməmişdi... Yerdə uzanmışdı və xırıldayırdı. Bir az əvvəl Qulu Ağsəsin ona verdiyi “Ulduz” jurnalının son sayını kimsə başının altına qoymuşdu. O, jurnalı oxuya bilmədi... Akif Səməd beləcə bir göz qırpımında canını tapşırdı. Əlisəmid Kür və bir neçə nəfərlə birlikdə Akif Səmədi maşına qoyduq. Yadımdadır, İlham Qəhrəman bir küncə çəkilib hönkürürdü...
Bircə qarış yol var imiş ölümdən Akif Səmədə... Bu gün onun anım günüdür. Uluslarası Aktivist Sənətçilər Birliyi Rəşid Behbudov adına Mahnı Teatrında onun xatirə tədbirini keçirəcək. Akif Səmədin ən yaxın dostlarından olmuş rəssam Nəvai Mətin öz vəfa borcunu bu gün də yerinə yetirir, öz könül dostuna anım günü keçirir.
Akif Səmədi həmişə anırıq. Poeziya yaşadıqca bu ruh adamı həmişə anılacaq. Ruhu şad olsun!
Kənan Hacı
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev





















.webp)


.jpg)











