Yazarlar
Bizə lazım olan sükut
Bakının bürkülü, darıxdırıcı, səsli-küylü atmosferindən uzaqlaşmaq vaxtı gəlib çatmışdı. Avqust ayını ən boş, ən darıxdırıcı ay hesab etmək olar. Bacımla sözümüzü bir yerə qoyub qərara aldıq ki, tətil etmək bizim də haqqımızdır. Beləliklə, Gürcüstana, kəndimizə yol tutduq. Düzü, heç getməyə həvəsim yox idi, amma ayaqlarım sözümə baxmırdı. Artıq yoldaydıq. Bürkülü küləklər, qəsəbələr, adamlar geridə qalırdı.
Yollar bizi Tiflisə, oradan da kəndimiz Muğanlıya (Sarticala – red.) aparırdı. Yeri gəlmişkən, Sarticala sözü “sərt çala” mənasına gəlir. Bu əyalətdə həm gürcü kəndləri, həm də Azərbaycan, türk mənşəlli kəndlər mövcuddur...
Gömrük məntəqəsindəyik. Göydən elə bil od yağır. Adamların tünlüyü sıxıntı yaradırdı. Bizim tərəfdən həmişə problemlər olurdu. Bunu neçə dəfə gözlərimlə görmüşdüm. Bir yaşlı qadın əsgərə dil tökürdü ki, onu buraxsın. Amma bir az da yekəxana əsgər qadının dil tökməsini qulaq ardına alırdı. Bacımla Azərbaycan tərəfdən rahat keçsək də, gürcü “hissəsində” büdrədik.
Gürcü qadının monitora zillənmiş üzü ciddi ifadə almışdı. Bacım keçsə də, mən hələ gözləyirdim. Dəqiqələr keçdikdən sonra qadının üz ifadəsi dəyişdi, belə dedi: “Texniçeskaya problema”. Mən də öz növbəmdə qımışdım. Nəsə, uzun həngamədən sonra sərhədi keçdim.
Maşınımızı gözlədiyimiz anlarda bizim idman jurnalistləri qəfil qarşımda peyda oldular. Axı Tiflisdə “Neftçi” “Çixura” komandası ilə revanş matçına çıxacaqdı. Aralarından bir vaxtlar yanında çalışdığım idman saytının rəhbəri Vüsal qardaşı görüb sevindim. Hal-əhval tutduq. Burada olduğuma təəccübləndi. Qısa söhbətdən sonra xudahafizləşdik.
Az sonra isə taksi sürücüsü ilə qısa söhbətimiz baş tutdu:
- Bilmirsən, qardaş, Neftçinin oyunu saat neçədə başlayacaq?
- Gün batanda stadionda olacaq dana, ay qa...
Elə bu cavabından başa düşdüm ki, artıq kənddəyəm. Taksi
sürücüsünün səmimi və doğma səs tonu məni duyğulandırsa da, kefim
çox yaxşı idi.
Artıq Gürcüstanın qəsəbələrini, kəndlərini, adamlarını görürdüm. Hər şey möhtəşəm görünürdü. Havası elə bil cənnətin mehini bizə hiss etdirirdi.
Dəhşətli səs-küydən, qulaqbatırıcı bayağı mahnılardan sonrakı sükut qulaqlarımda qəribə bir harmoniya yaratmışdı. Sükut kəndimizin hər tərəfində qulaq batırırdı, bizə də elə bu lazım idi.
Oğuz Ayvaz
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
























.jpg)



.jpg)








