Yazarlar
"Sən özün özünə tələ qurursan" - Leyla Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni şeirini təqdim edirik:
Məhəbbət, sən niyə nifrətlə dostsan?!
O səni məhv edər, üzər, parçalar,
Sənə eşqdən başqa nə gərəkdi ki?
Qorxma, sevən ürək qələbə çalar.
Davam et, inciklik, acı küskünlük
Səni dolaşdırıb heç büdrətməsin,
Bağla gözlərini, qoyma qısqanclıq
Məsum gözlərini kor edə bilsin.
Açsan da gözünü, sən onu bil ki,
Sevməyi bir an da unutmaq olmaz.
Məhəbbət – səfehsən, dərk etmədin ki
Qüruru sevgidə yaşatmaq olmaz!
Sən daş qayalara həmdəm olarsan
Qurduğun oyunlar baş tutmamaqla,
Söylə, kiminçündür bu hiylə, oyun?
Sən özün özünə tələ qurursan.
Məhəbbət, sevməkdən niyə qorxursan?
Niyə çəkinirsən təmiz sevgidən?
Sevib, ümidini sən itirməsən
Kədər səndən qaçar, xoşbəxt olarsan.
Sən ki tərk olunmaq istəməzsən
Dönüklük ağırdır, bunu bilməzsən.
Gündüz gecələrə təslim olanda
Ümidlər çoxalar lal tənhalıqda!
Ağlama məhəbbət, ağlama, inan
Mən də gecələri çox ağlamışam,
Nə ulduz istədim, nə ay səmadan
Mən ancaq sevgiyə sahib çıxmışam.
Məhəbbət, qəlbimə hakim olmadan
Niyə sən nifrətlə dostluq edirsən?
Başımı döndürüb, elə etmisən
Yaşamaq çətindir sevgi olmadan!
Qeyd edək ki, şeiri tərcümə edən Şəfiqə Şəfadır
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO


















.jpg)








.webp)











