Yazarlar
“Bakı folklor örnəkləri” çap olundu
AMEA Folklor İnstitutunda “Bakı folklor örnəkləri” (I kitab) işıq üzü görüb.
İnstitutdan Publika.az-a verilən məlumata görə, I cildin əsas qaynaqları vaxtilə Bakıdan toplanmış və indi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor nümunələri və etnoqrafik materiallardır. Kitabda əksini tapan materiallar görkəmli aktyor Hüseynqulu Sarabskinin fondunda yer almaqdadır. Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materilları, “Məktəb”, “Dəbistan”, “Rəhbər”, “Tuti”, “Azərbaycanı öyrənmə yolu” dərgilərində, Azərbaycanı tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərində yer almış folklor örnəkləri də bu cildə salınıb.
Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr olunmuş yazılar da “Bakı folklor örnəkləri”ndə toplanıb.
Kitabda yer almış materialların bir hissəsi də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir.
Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), tərtibçilər və ön sözün müəllifləri fil.ü.f.d. Rza Xəilov, fil.ü.f.d. Afaq Ramazanovadır.
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı






























.jpg)








