Yazarlar
Qazaxda doğuldu, Bakıda sevdi, Təbrizdə… - VİDEO
Nüsrət Kəsəmənlinin ölümündən 11 il ötür...
O, sevgi şairi idi. Onu sevirdilər. İlk sevgi həyəcanını yaşayanlar öz hislərini onun şeirlərilə ifadə edirdilər. Sözlərinə yazılan mahnıların sədası altında qol götürüb oynayanlar – qanad açıb xoşbəxtliyə uçurmuş kimi qanadlananlar vardı.
1946-cı ildə Qazaxda dünyaya gələn sevgi şairi elə ilk ayrılığı öz ailəsində görür. Nüsrət hələ dünyaya gəlməmiş valideynləri qısqanclıq zəminində ayrılır. Nüsrətin bu acısı gələcəkdə onun “Biri vardı, biri yox” şeirində özünü tapacaqdı.
***
Şair çox ağır həyat keçirir. Bakıya qəbul imtahanına gələndə gecə Sabir adına bağda yatır. Gecə yarısı milislər gəlib onu şöbəyə aparırlar. Nüsrət imtahan vərəqini göstərir ki, abituriyentəm, sadəcə, qalmağa yerim yoxdur.
Gənc Nüsrət imtahan verərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur və burada gələcəkdə ona sevgi şeirləri yazmasına səbəb olan Sevda adında qızla tanış olur. Cütlük bir-birilərini dəlicəsinə sevir. Universitetdə onlara “Nüsrətin Sevdası”, “Sevdanın Nüsrəti” deyə müraciət edirlər. Lakin onların bu sevgisi xoşbəxt sonluqla bitmir. Necə və nə səbəbə ayrılmalarını isə Nüsrətlə Sevdadan başqa kimsə bilmir.
Sevda başqası ilə evlənir. Bundan təsirlənən şair “Dünən toyun idi” şeirini yazır. Sevda gənc yaşda çox ağır xəstələnir və tez rəhmətə gedir. Onun şəkli ölənə qədər Nüsrət Kəsəmənlinin stolunun üstündə durur.
Bundan sonra Nüsrət Rəhilə xanımla evlənir və Rəşad, Araz adlı iki oğlu olur.
“Daha nağıllara inanmıram mən”, “Unuda bilməyəcəksən”, “Etiraf”, “Yandır məktublarımı”, “Dünən toyun idi”, “Dünya köhnə dünyadı”, “Sən demə təzədən sevmək olarmış”, “Bəhanəsiz get”, “Dəli bir ağlamaq keçir könlümdən” adlı sevgi, gənclik, duyğular aləmi ilə dolu saysız şeirləri gənclər arasında qısa müddətdə populyarlıq qazanır.
Şairin 150-dək şeirinə musiqi bəstələnir. Nüsrət Kəsəmənli 14-dən çox filmin ssenari müəllifi, redaktoru olub. O, 1989-cu ildə ekranlaşdırılan “Doğma sahillər” filmində İran generalı Mustafa Nəsirov obrazını canlandırıb.
“Dünyaya pəncərə” adlı televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.
Şair uzun müddət böyrək ağrılarından əziyyət çəkir və müalicə olunmaq üçün Təbrizə üz tutur. Əməliyyat uğurlu keçsə də, bir neçə gün sonra onun vəziyyəti pisləşir.
Nüsrət Kəsəmənli 17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edir.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi





































