Yazarlar
“Hüseyn Arifəm, yaxşılara yananam”- Şairin yubileyi keçiriləcək
Hüseyn Arifəm , yaxşılara yananam,
Ömür boyu yamanlara yamanam.
Sevinəndə - qoca ikən cavanam,
Qəmlənəndə - cavanlıqda qocaldım.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə
oktyabrın 20-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında
xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley
tədbiri keçiriləcək.
Publika.az-ın məlumatına görə, bir çox elm, mədəniyyət xadimləri və
müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn
Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət
açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə
bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx
göstəriləcək.
1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arif zəngin ədəbi
həyat yolu keçib, yaradıcılığını xalq və aşıq poeziyası üzərində
kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir
sənətkar olub. Şairin şeirlərinə dillər əzbəri olan çox sayda
musiqilər bəstələnib.
"Azərbaycan Dövlət Mükafatı" laureatı Hüseyn Arifin yaradıcılığı
dövlət tərəfindən yüksək qiymətləndirilib, ona "xalq şairi" fəxri
adı verilib.
Cəvahir
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı












.jpg)

















.jpg)








