Yazarlar
“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” - Xəlil Rza Ulutürkün ad günüdür -VİDEO
“Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!
Çəkil, çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!”
Bu gün Azərbaycanın vətənpərvər şairi Xəlil Rza Ulutürkun doğum günüdür. Azərbaycan poeziyasında məxsusi yeri olan şairin vətən üçün döyünən ürəyinin səsi bu gün də eşidilir – alovlu misralarında.
Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib. 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub. İlk mətbu şeiri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak edib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. Burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu - "Bahar gəlir" (1957) kitabı olub.
Cəvahir
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı






























.jpg)








