Yazarlar
Gələcəyə işıq saçan şair
82 il bundan əvvəl bir körpə doğuldu, hansı ki, gələcəkdə insanlara işıq olacaqdı, hansı ki, azad olmaq üçün yox olmağı gözə alacaqdı...
1932-ci ilin bu günündə Salyan rayonunda Xəlil Rza Ulutürk dünyaya gəlib. Onun necə biri olduğunu çoxumuz bilirik. Özəlliklə 20-ci əsrin 80-ci illərində Azərbaycanın azadlığı uğrunda qələmi ilə vuruşmuşdu. O, minlərlə insanı yuxudan oyatdı, xalqın ayağa qalxması üçün əlindən gələni etdi. Azadlıq hərəkatının alovlandığı dövrdə çox adamın edə bilmədiyini etdi. Onun bu misraları Azərbaycanın hər yerində eşidilirdi:
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!
Xəlil Rza Ulutürk bu sətirləri o dövrdə Qarabağa saysız-hesabsız hücumlar edən ermənilərə həsr etmişdi.
Və o, 1990-cı ildə SSRİ hakimiyyəti tərəfindən Moskvada Lefortovo zindanına salınır. Dörd divar arasında da o öz yaradıcılığına davam edirdi. Bəzi rus dövründə rus, türk dövründə türk olan dırnaqarası xalq şairlərinin əksinə o, ölkəsinin, xalqının azadlığı üçün, türkün səsini var etmək üçün yox olmağı gözə almışdı. Elə ona görə də hakimiyyət onu Lefortovo zindanına salmışdı.
Xəlil Rza Ulutürkün “Silahlan”, “Davam edir 37” kimi şeirləri bütün bunların sübutudur. O, qılıncdan daha kəskin qələmi ilə türkün səsini qısmağa çalışanlara meydan oxuyurdu. O, gerçəkləri hayqırmaqdan qorxmurdu. O, şərəfi ilə, qorxmazlığı ilə və içindəki azadlıq eşqi ilə fərqlənirdi.
Xəlil Rza Ulutürk öləndə çox böyük bir miras qoyub getdi. O, bu dünyadan getsə də, şeirlərini, misralarını, şərəfini, azadlığını və türklüyünü bizə buraxdı.
Buludu şimşəklə parçalayaraq,
Zülməti nur ilə boğacağam mən.
Qərbdə ulduz kimi batsam,
Şərqə bax:
Şərqdən günəş kimi doğacağam mən.
İtib-batmaq üçün yaranmamışam,
Dünənəm! bu günəm! gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də nə qəm,
Dünyaya yenidən gələcəyəm mən!
Rüstəm İsmayılbəyli
-
Region09:45Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
-
Ekopublika.az08:45Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video
-
ABŞ08:30Pentaqon rəsmilərinin həftəsonu planları ləğv edildi - İrana hücum başlayır
-
ABŞ07:55Nyu-Yorkda dəhşətli partlayış - Ölən və çoxlu sayda yaralı var
-
Nəqliyyat07:35İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - Video
-
Magazin105:45Hüseynin yeni “Lamborghini”si - Foto
-
ABŞ05:15Trampdan oğlunun toyu ilə bağlı daha bir açıqlama
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!




























.jpg)









