Yazarlar
Leyla Əliyevanın şeiri Çin dilində səsləndirildi
Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Əcnəbi xalqlar folklor mərkəzinin təşkilatçılığı ilə "Klassik Çin Poeziyası" ədəbi-bədii gecəsi keçirildi.
Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, universitetin Tədris isləri üzrə prorektor Vazeh Əskərov iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov narahatçılıq, düşüncə, fəlsəfi ümumiləşdirmələr, ulduz bədii simvollar, ilin fəsilləri, sular, güllər, ənənəvi dəyərlərin qiymətləndirilməsi- böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hissləri ilə dolu Çin poeziyanın unikal mənəvi dünyası barədə məlumat verdi. O, Çin dilində Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yay”, “Əgər ulduzlar pilləkənlərə çevrilsə idi”, “Zaman” şeirlərini söylədi.
Təbdirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Təranə Həşimova Azərbaycanın görkəmli şairlərinin əsərlərində Çin haqda mövzulara yer verdiklərindən, Çində yaşayan türk xalqlarının ədəbi əlaqələrindən danşdı və öz lirik şeirlərini ifa etdi.
Sonra universitetinin İRK-nin Əcnəbi xalqlar folklor mərkəzinin direktoru Diana Hüseynzadə müxtəlif sülalələrin dövründə Çin poetik yaradıcılığının inkişaf xüsusiyyətləri haqqında məlumat verdi.
Ədəbi-bədii gecədə ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin klassik poeziyasının əsas ənənəvi növləri olan Şı, Si, Qe, Syui, Fu, haqqında məlumat verdilər, Azərbaycan, Çin və Avropa dillərində görkəmli Çin şairləri Li Bo, Du Fu, Li Xouçju, Su Şı şeirlərini söylədilər.
Tədbirin sonunda Xan və Tan sülaləsinin dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən filmlər nümayiş edildi.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz



















.jpg)



















