Yazarlar
Yaddaşsızlıqdan əziyyət çəkən məşhur yazıçı...
İvan Serqeyeviç Turgenev maraqlı xarakterləri ilə yadda qalan yazıçılardandır.
O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da, yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, bir zərbəyə qırılıb düşə bilərdi və o, həmin dəqiqə yaddaşını itirə bilərdi.
Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan əziyyət çəkdi. Bəzən o, tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər. Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar.
Belə hallar, yəqin ki, Turgenevin həyatında çox olub.
Gur saçı, qızıl düymələri olan göy frakı, ağ jileti, rəngli qalstuku və dama-dama şalvarı yazıçıya ayrı bir görkəm verirdi. Bu, onun özünəməxsus üslubu idi.
Tələbəlik illərində Turgenev əyləncələrə üstünlük verirdi, onu daim ziyafətlərdə görmək olardı.
Almaniyada oxuduğu illərdə yazıçının bütün əyləncəsinə xərclənən pulu qohumları göndərirdi. Qohumlar pul göndərməyi kəsən kimi, Turgenev ağıllanmağa və bu işlərə son qoymağa başladı.
Yazıçının musiqi üçün yararlı səsi vardı, amma bu işə girişmək istəmirdi. Bu səbəbdən, bircə notu belə öyrənə bilmədi.
Oğuz Ayvaz
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz



















.jpg)



















