Yazarlar
Leyla Əliyevadan yeni şeir
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib.
“Mənə olan sevginə nöqtə qoya bilərsən?” adlı şeiri oxucuların
ixtiyarına veririk.
(Ты меня можешь разлюбить?)
“Mənə olan sevginə
nöqtə qoya bilərsən?” –
Sükutun dili ilə
soruşdum sevgilimdən.
Yəqin ki, ayrılıqdan
ölməzsən... –
Kim ölüb, kim?!
Qəlbinin acısına,
azacıq nəşə qatıb
həyatına eləcə,
davam eləyəcəksən...
Ölən gününə qədər
bunu bir dərd eyləyib
xiffətmi çəkəcəksən? –
Ya da unudacaqsan –
Bir ilə, iki ilə...
Cızdığın üz cizgimi,
pozacaqsan kağızdan,
ya da ki, rənglər qatıb,
gətirəcəksən cana?
Sən məni ürəyindən
silə bilərsən,
əlbət;
Günün qürub çağında
axtarmarsan da xəlvət...
Beləcə davam edək:
Danışma, dilə gəlmə...
Ağzından çıxan sözün,
Yolu yoxdur geriyə.
Əlbət, bacaracaqsan,
bunu hamı bacarar;
Zaman da nəfəsini
asanca oğurlayar...
Gün üzündə sən məni,
Itirməklə, sevgilim,
yuxularda ruhuma
yenə də sənsən hakim...
Sən məni unuda bilərsən, əlbət,
Görüm olmaz olsun belə xasiyyət..!
Kədəri mən sənə öyrətdim, fəqət,
Sən qüssədə qaldın, etdim cinayət...
Burda tək günahkar özüməm... özüm...
Bağışlayacaqsan – mən inanıram
Zəif ürəkləri mən qıra-qıra
Qəlbimdə qəlpələr toplayacağam...
Mənə olan sevginə,
nöqtə qoya bilərsən.
Əlbəttə, bacararsan –
Bir sirri açdım sənə –
İnam dolu bir sirri:
Ruhunu tərk etmirəm..!
Nə qədər ki, mən özüm
Özümü dərk edirəm –
orada əbədiyəm...
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz



















.jpg)



















