Yazarlar
Mir Cəlalın əsərləri Ukrayna dilində nəşr olundu
Ukrayna paytaxtında Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, professor Mir Cəlalın əsərləri Ukrayna dilində “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitab şəklində nəşr edilib.
Publika.az-ın məlumatına görə, Azərbaycanın
Kiyevdəki səfirliyinin təşəbbüsü ilə “İzdatelskiy dom Dmitriya
Buraqo” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və redaktoru
Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir.
Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə edib. Yüksək
poliqrafik səviyyədə çap olunmuş kitaba Mir Cəlalın “Yolumuz
hayanadır?” romanı, “Bir gəncin manifesti” povestindən bir parça,
“Salam, ana!”, “Sizə xoşbəxtlik arzu edirəm!” və başqa hekayələri,
“Yetim”, “Əllər”, “Allah bilir” və başqa lirik miniatürləri daxil
edilib. Kitabda müəllifin tərcümeyi-halı ilə bağlı məlumatlar da
verilib.
Nəşrə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yazdığı “Böyük
ədəbiyyata gedən yol” sərlövhəli ön sözdə deyilir: “Görkəmli
Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi
yaradıcılıq axtarışları sayəsində milli nəsrin inkişafında yeni
imkanlar kəşf edə bilib”.
Akademik vurğulayıb ki, istedadlı yazıçı və ictimai xadim Mir Cəlal
Paşayev (1908-1978) çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə
fərqlənirdi. Bədii nəsrin, publisistikanın, ədəbiyyatşünaslıq
elminin inkişafında onun böyük xidmətləri olub.
Akademik İsa Həbibbəyli fikirlərini belə yekunlaşdırıb: “Bütövlükdə
deyə bilərik ki, Mir Cəlalın bədii əsərlərində (hələ sovet
ideologiyasının hakim olduğu illərdə) Azərbaycan obrazı Vətən və
xalq anlayışları güzgüsündə olduqca təbii şəkildə təcəssüm
etdirilir.
Oxucular Mir Cəlalın əsərləri ilə tanışlıq sayəsində onun Vətəni və
xalqı haqqında kifayət qədər geniş təsəvvür əldə edə
biləcəklər”.
Şübhəsiz, bu nəşr ukraynalı oxucunun da marağına səbəb olacaq.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu
günlərdə Kiyevdə “Yolumuz hayanadır?” kitabının Ukrayna dilində
nəşrinin təqdimatı olacaq.
Cəvahir
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO

























.webp)












