Yazarlar
Çexovun azadlıq sevdası
Yazıçı problem həll etməyə yox, maraqlı mətn yazmağa borcludur.
Və tez-tez mətbuatda hər hansı yazıçının bu və ya digər problemə münasibət bildirməməsini irad tutmaq düzgün deyil. Sadə bir səbəbə görə - yazıçı siyasətçi deyil. Onda eynən rəssamlardan, bəstəkarlardan və digər incəsənət ustalarından mövqe tələb etməliyik. Yəni biz onların öz işlərini buraxıb siyasətlə məşğul olmasını istəməliyik. Bu, hər bir fərdin öz seçimidir. Yazıçı da, rəssam da siyasətlə məşğul ola bilər, buna xeyli misal gətirmək olar. Mən çex dramaturqu Vatslav Havelin adını çəkməklə kifayətlənirəm. Məlum olduğu kimi, o, sonradan Çexiyanın prezidenti olub.
A.P. Çexovun hekayələrinin süjetləri çox sadədir. Onun personajları həyatda məğlub olmuş, mübarizələrini sona yetirmiş adamlardır. Yazıçı adətən belə insanları təsvir edərkən onların mənəvi fəlakətlərini göz önünə gətirir, ancaq oxucu bu fəlakətləri oxuduqca elə hesab edir ki, bu, adi bir hadisədir.
Çexovun güclü qələm sahibi olmasının bir səbəbi də budur. O, adi oxuculara qeyri-adi gələn hadisələrə çox normal yanaşır, fəlakətləri təsvir edərkən bayağı ifadələrdən qaçır. Bu da Çexovun nəsrini yüksək zirvəyə qaldırır.
Rus nəsrinin bu nəhəngini oxuyandan sonra belə qənaətə gəldim ki, həyatdakı hadisələrə qeyri-normal yanaşmaq düzgün deyil, əslində, insanın yaşamı bu mərhələlərdən keçməlidir. Burda qeyri-adi, fövqəladə bir şey yoxdur. Bir də ki, Çexovu oxuyarkən nəinki yaşamdan bezmək, hətta həyatdan həzz almamaq mümkün deyil. Yazıçıda sanki görünməz bir tilsim var, o tilsim adamı yaşamağa, həyatdan zövq almağa səsləyir.
Çexovu xatırlamağımın bir səbəbi var. Kim inkar eləyə bilər ki, Çexov problem qaldırmır? O, əsərlərində sadə bir insanın timsalında Rusiyanın, onun ictimai quruluşunun eybəcərliyini üzə çıxarır və bunların sadə insanları necə basıb əzdiyini göstərir. Ancaq hansı böyük sənətkarlıqla?! Hansı böyük ustalıqla?!
Çexovun yaradıcılığı haqqında qısa bir xatırlatma etdim. Rus nəsrinin digər görkəmli nümayəndələrindən İvan Buninin, Konstantin Paustovskinin, Platonovun, Turgenevin əsərlərində də eyni situasiyanı görmək olur. Hələ mən fransız ədəbiyyatının nəhənglərindən olan Mopassanın adını çəkmirəm. Bu yazıçıların hər birinin əsərlərində göstərdikləri hadisələr öz problemsiz axarı ilə cərəyan edir. Həyatın bir anının təsviri, sadə bir insanın mənəvi fəlakəti... bu yazıçıların əsərlərinin fabulasını təşkil edir.
Çexovun “6 N-li palata” əsərini yada salaq. Həkim Andrey Yefomiç humanist bir insandır. Dəlilər arasında biri ilə onun söhbəti baş tutur. Həkim onunla hər gün söhbət apardıqca anlayır ki, bu insan dəli deyil. Çünki onun düşündüklərini həkimin özü də tez-tez ağlından keçirir. Deməli, cəmiyyətin özü dəlixanadan daha təhlükəlidir. Dörd divar arasında olanların bayırdakılarla heç bir fərqi yoxdur. Çexov ustalıqla həkimin və dəlinin “içərisinə” girərək həqiqəti bağırır: “İnsan azad olmalıdır”.
Yazıçı maraqlı bir mətnlə problemi, insanın azad ola bilmədiyini peşəkarcasına göstərir. Məhz buna görə də Çexov həmişə aktualdır.
Oğuz Ayvaz
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...






































.jpg)

