Yazarlar
Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Nəcəf Bəy Vəzirovun indiyədək işıqüzü görməyən əsərini çap edib.
Publika.az-ın məlumatına görə, bu, Nəcəf Bəy Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli bir vəsait olan “Palıd” elmi əsəridir. Qeyd edək ki, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, ancaq bu əsər haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib.
Azərbaycan dilində ərəb əlifbası ilə yazılan əsəri M.Füzuli adına Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.
“Palıd” əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitə sayılır. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
















.jpg)





















