Yazarlar
Çingiz Əlioğlunun 70 yaşına hədiyyə - FOTO
Bu gün axşam saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Publika.az-ın məlumatına görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, onun şeirləri səsləndiriləcək.
Eyni zamanda müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır. Bu günə qədər şairin ana dilində və xarici dillərdə 60-dan çox kitabı nəşr edilıb: "Nikbinlik", "Ömür ağacı", "Günəşli dayanacaqlar", "Görüşdən ayrılığa", "Gün keçdi", "Aynabənd", "Atlantlar", "Avand", "Fraqmentlər", "Ruhumun həndəsəsi", "Dünən və əbədi", "Gecə və bahar", "Şairlik bir sənət deyilmiş, qardaş", "Tanrını tanı", "Çərçivə" və s.
Şairin əsərləri dünyanın bir çox dillərinə - rus, ingilis, alman, fransız, ispan, çin, ərəb, polyak, çex, fin, rumın, bolqar, latış, litva, gürcü, özbək, qazax və s. dillərə tərcümə olunub.
Cəvahir
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
















.jpg)





















