Yazarlar
Bunları yalnız Publika.Az-da oxuyacaqsınız
Məlumat üçün bildirək ki, cavan ədəbi nəslin yaradıcılığını stimullaşdırmaq, istedadlı imzaların tanınmasına şərait yaratmaq, bütövlükdə ədəbiyyata töhfə olacaq əsərlərin meydana çıxmasına və yaradıcı mühitin formalaşmasına xidmət etmək məqsədi güdən müsabiqə mötəbər münsiflər heyətinin iştirakı ilə keçirilir.
Müsabiqənin şərtləri
1. Ədəbiyyat Müsabiqəsi 35 yaşa qədər yazarları əhatə edir; 2. Müəlliflər indiyə qədər heç yerdə dərc olunmamış iki janr üzrə əsər – 1 hekayə (həcmi 10 min simvoldan yuxarı olmamaqla) və 2 şeir təqdim edə bilərlər; 3. Müsabiqənin təşkilat komitəsi bədii səciyyə daşıyan əsərləri qəbul edir; 4. Əsər təqdim etmiş müəlliflər özləri haqda qısa bioqrafik məlumat (həqiqi ad-soyad, doğum tarixi, iş və yaşayış yeri, təhsil) və əlaqə vasitələrini (e-mail ünvanı və telefon) yazmalı, foto göndərməlidirlər; 5. Əsər qəbulu konkret tarix çərçivəsində aparılır.
Müsabiqəyə əsər təqdimi Müsabiqəyə əsər təqdimi mayın 8-dən başlayıb avqustun 8-dək davam edəcək. Əsərlər Publika.az-ın elektron ünvanına ([email protected]) göndərilməlidir. Əsərlər yalnız elektron variantda qəbul olunur və Publika.az saytında yerləşdirilir.
Mükafatlandırma Müsabiqəyə təqdim olunub saytda yerləşdirilmiş bütün əsərlər müsabiqəyə qəbul olunmuş sayılır. Onları münsiflər heyəti dərəcləndirəcək. Münsiflərin qalib hesab etdiyi müəlliflər hər janr üzrə 1 yer olmaqla 3 kateqoriya üzrə mükafatlandırılacaqlar: 1. Birinci yerlər – şeir və hekayə üzrə hər biri 700 manat 2. İkinci yerlər – şeir və hekayə üzrə hər biri 400 manat 3. Üçüncü yerlər – şeir və hekayə üzrə hər biri 150 manat.
Əsər qəbulu üçün elektron ünvanımızı bir daha xatırladırıq: [email protected] E-mail ünvana əsər göndərərkən “Ədəbiyyat Müsabiqəsinə” sözlərini yazmağı unutmayın.
Telefonlar: : (012) 437 71 65, 437 71 68, 437 71 69
Publika.Az
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































