Yazarlar
Publika.az ədəbiyyat müsabiqəsinə start verib
Publika.az Ədəbiyyat Müsabiqəsinə start verir. Cavan ədəbi nəslin yaradıcılığını stimullaşdırmaq, istedadlı imzaların tanınmasına şərait yaratmaq, bütövlükdə ədəbiyyata töhfə olacaq əsərlərin meydana çıxmasına və yaradıcı mühitin formalaşmasına xidmət etmək məqsədi güdən müsabiqə mötəbər münsiflər heyətinin iştirakı ilə keçirilir.
Müsabiqənin şərtləri
1. Ədəbiyyat Müsabiqəsi 35 yaşa qədər yazarları əhatə edir;
2. Müəlliflər indiyə qədər heç yerdə dərc olunmamış iki janr üzrə əsər – 1 hekayə (həcmi 10 min simvoldan yuxarı olmamaqla) və 2 şeir təqdim edə bilərlər;
3. Müsabiqənin təşkilat komitəsi bədii səciyyə daşıyan əsərləri qəbul edəcək;
4. Əsər təqdim etmiş müəlliflər özləri haqda qısa bioqrafik məlumat (həqiqi ad-soyad, doğum tarixi, iş və yaşayış yeri, təhsil) və əlaqə vasitələrini (e-mail ünvanı və telefon) yazmalı, foto göndərməlidirlər;
5. Əsər qəbulu konkret tarix çərçivəsində aparılacaq.
Müsabiqəyə əsər təqdimi
Müsabiqəyə əsər təqdimi mayın 8-dən avqustun 8-dək davam edəcək. Əsərlər Publika.az-ın elektron ünvanına ([email protected]) göndərilməlidir. Əsərlər yalnız elektron variantda qəbul olunacaq və Publika.az saytında yerləşdiriləcək.
Mükafatlandırma
Müsabiqəyə təqdim olunub saytda yerləşdirilmiş bütün əsərlər müsabiqəyə qəbul olunmuş sayılır. Onları münsiflər heyəti dərəcələndirəcək.
Münsiflərin qalib hesab etdiyi müəlliflər hər janr üzrə 1 yer olmaqla 3 kateqoriya üzrə mükafatlandırılacaqlar:
1. Birinci yerlər – şeir və hekayə üzrə hər biri 700 manat
2. İkinci yerlər – şeir və hekayə üzrə hər biri 400 manat
3. Üçüncü yerlər – şeir və hekayə üzrə hər biri 150 manat.
Əsər qəbulu üçün elektron ünvanımızı bir daha xatırladırıq: [email protected]
E-mail ünvana əsər göndərərkən “Ədəbiyyat Müsabiqəsinə” sözlərini yazmağı unutmayın.
Telefonlar: : (012) 437 71 65, 437 71 68, 437 71 69
Publika.Az
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq












.jpg)























.jpg)


