“Türk Ocaqlarının qurulma ideyasını Əli bəy Hüseynzadə verib“
Bizi izləyin

Yazarlar

“Türk Ocaqlarının qurulma ideyasını Əli bəy Hüseynzadə verib“

İstanbul Universitetində millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində "Əli bəy Hüseynzadə" kitabının təqdimatı keçirilib.

Publika.Az-ın verdiyi məlumata görə, tədbir İstanbul universiteti rektorluq binasının toplantı salonunda baş tutub.

Təqdimat mərasimini təşkil edən Türk Ocaqları İstanbul şöbəsinin sədri Cezmi Bayram çıxışında deyib:

"Biz Türk Ocaqlarının 100 illiyinə layiq olan bir kitabı çap etmək üçün axtararkən Qənirə Paşayeva və Azər Turanın "Əli bəy Hüseynzadə" kitabıyla tanış olduq və 100-cü ilimiz barədə ən dəyərli kitabın məhz bu əsər olduğunu görərək onu məmnuniyyətlə çap etdik. Bu kitab vasitəsiylə biz Türk Ocaqlarının yaradlımasında ikinci önəmli şəxsiyyət olan böyük mütəfəkkir Əhməd Ağaoğlunu da daha yaxından tanımış olduq.

Kitabdan öyrəndiyimizə görə, Türk Ocaqlarının qurulması ideyasını Əli bəy Hüseynzadə vermiş, ilk toplantılar isə Əhməd Ağaoğlunun evində keçirilib".

Təqdimat mərasimində "1920-1960-cı illər arasında İstanbul Universitetində işləmiş Azərbaycan mənşəli alimlər" mövzusunda çıxış edən İstanbul Universitetinin professoru İbrahim Yıldırım millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın "Əli bəy Hüseynzadə" kitabının Türkiyədə çap edilməsinin önəminə diqqəti cəlb edərək deyib ki, Türkiyənin ən qədim təhsil ocağında Azərbaycandan gəlmiş elm adamlarının dərs deməsinin təməlini Əli bəy Hüseynzadə qoyub.

Millət vəkili Qənirə Paşayeva çıxışında vurğulayıb ki, Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilməyib:

"Sovetlərin dağılmasından sonra böyük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biri idi. Mən də bu sahədə əlimdən gəldiyi qədər işlər ortaya qoymağa çalışıram. İlk dəfə Türk Tarih Qurumuna girəndə orada böyük Atatürkün "Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir" - sözlərini görmüşdüm. Böyük Atatürk bu

gün sağ olsaydı, yəqin ki, o sözlərinə əlavə olaraq deyərdi ki, yaratdığınız tarixi yazmaq qədər onu öyrətmək də önəmlidir. Burdan qəti şəkildə deyə bilərəm ki, tarix Əli bəy Hüseynzadə və mübarizə arkadaşlarını haqlı çıxarıb".

Tədbirin sonunda iştirakçılar Əli bəy Hüseynzadənin oğlu, məşhur rəssam Səlim Turanın İstanbul Universitetinə hədiyyə verdiyi tabloların və Əli bəy Hüseynzadənin bəzi şəxsi əşyalarının saxlandığı salonları gəziblər.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm