Yazarlar
Böyük əsərlər səliqəsizlik içində doğulur
Söhbətin şirin yerində Murad bəy yaxınlıqda bir rəssam dostunun- Yusif Mirzənin emalatxanası olduğunu dedi və təklif etdi ki, həmin emalatxanaya baş çəkək. Həmən razılaşdım. Murad bəy rəssama zəng etdi:
- İstəyirəm emalatxanana bir baş çəkək…
- Vallah, gəlməyinə gəlin, amma buralar bir az səliqəsizdir.
- Əşşi, emalatxana dediyin tör-töküntülü olar. Eyb etməz.
Gəlirik.
Üz tutduq rəssam Yusif Mirzənin emalatxanasına sarı. Kitablardan
oxuduğum, filmlərdə gördüyüm rəssam emalatxanalarını gözümün önünə
gətirdim… Darısqal küçələrin birinə keçdik. Qədim binaların birinə
bitişik olan emalatxanaya, köhnə, dəmir pilləkənlərlə qalxdıq… Və
hər şey xəyal etdiyim kimi oldu. Gözdən uzaq bir yer. Əsl
yaradıcılıq mühiti.
İçəri girən kimi rəssamın açıq əllə yaratdığı yarımçıq işi
qarşıladı bizi.
Yusif Mirzə “xoş gəlmisiz, bağışlayın, buralar bir az
qarmaqarışıqlıqdı” deyib əsərlərinin toplandığı otağa dəvət etdi
bizi...
Böyük əsərlərin səliqəsizlik içində yarandığına inananlardanam.
Növbənöv fırçalar, boyalar, heykəllər, rəsmlər, çertyojlar ətrafa
səpələnib. Klassik səliqəsizlikdi. Murad Köhnəqala siqaret çəkmək
üçün çıxır. Dərhal suallar yağdırmağa başlayıram. Və məlum olur
ki…
Yusif bəy rəngkarlıq, qrafika, heykəltəraşlıqla məşğul olur...
Özünəməxsus yaradıcılıq yolu, qeyri –adi üslubu, ustalıq dəst xətti
ilə seçilir...
Azərbaycan ərazisində eramızdan əvvəl XIV-XIII minilliklərdə
yaradılmış Qobustan Qayaüstü rəsmləri ənənələrinin müasir sənətə
gətirilməsi, dirçəldilməsi, inkişaf etdirilməsi, mükəmməl formada
orijinal sənət üslubunun yaradılması Yusif Mirzənin ən böyük
nailiyyətlərindəndir. Onu “Qobustan yaddaşını oyadan rəssam”
adlandırırlar. Özünün unikal üslubunu yaratmış və təsdiq etmiş
sənətkarın yaradıcılığını izləyənlərdən bir çoxu bu fikirdədir ki,
dünyada bu qədər qədim, iyirmi-otuz minillik ənənələrə əsaslanaraq,
son dərəcə çağdaş, yeni bir üslub yaratmış ikinci belə rəssam
tapmaq demək olar, mümkünsüzdür...
Ənənəvi materiallarla, lakin bənzərsiz, analoqu olmayan texnikalar,
metod və vasitələrlə yaratdığı əsərlər dərin psixoloji təsir
gücünə, sehrli bir ovqat yaratmağa malikdir...
Əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Bakı İncəsənət
Mərkəzində, Azərbaycan Xarici İşlər, İqtisadi İnkişaf, Mədəniyyət
və Turizm Nazirliklərində, Norveçin, İngiltərənin ,Yaponiyanın ,
Türkiyənin, Rumıniyanın, Polşanın, ABŞ-ın, İsrailin, Fransanın
paytaxtımızdakı səfirliklərində, BP, STATOİL və digər neft
şirkətlərinin ofislərində, otellərdə, banklarda, muzeylərdə,
qalereyalarda saxlanılır...
Norveçlə sıx əlaqələri var. Norveçdəki bir sıra müəssisələrlə
qarşılıqlı əlaqələr sayəsində orada da tanınır. Dünya şöhrətli
böyük Norveç alimi, səyyahı, tədqiqatçısı Tur Heyerdalla görüşüb və
ona öz rəsmlərini nümayiş etdirib. Heyerdalın dərin rəğbətini
qazanıb.
Təkcə Qobustan qayaüstü rəsmlərindən deyil, digər qədim sənət
nümunələrindən də ilhamlanıb, yaradıcılığında onlardan məharətlə
istifadə edən rəssam fikir və məqsədini belə açıqlayır:”Qədim
ənənələr, çağdaş yozum”...
Bütün ciddi sənət sahələrində olduğu kimi, rəssamlığa da marağın az
olmasından gileylənən rəssam, əsərlərinin daha çox xaricdə
satıldığını söylədi.
Budur, Murad Köhnəqala otağa qayıdır və söhbət ədəbiyyatın üstünə
gəlir. Əslən Laçından olan Yusif Mirzə başlayır gah Murad bəydən,
gah cavanlardan, gah da özü yazdığı şeirlərdən deməyə...
Məlum olur ki, həm də gözəl şeirləri, hekayə və esseləri varmış.
Söhbət əsnasında “ədəbiyyatla rəsm sizin üçün harda birləşir, nə
kimi əlaqələri var” deyə soruşuram və çox maraqlı bir cavab
alıram:
- İstedad - dillə bağlıdır. Öz dilini yaxşı bilməyən şair yaxşı
şeir yaza bilmədiyi kimi, rəsm dilini dərindən bilməyən rəssam da
milli üslubda rəsm yarada bilməz. Yəni rəssamı fırçasından çıxan
əsərdə mütləq milli ştrixlər olmalıdı. Bunsuz mümkün deyil.
İncəsənətin müxtəlif sahələrilə bağlı uzun-uzadı maraqlı
müzakirələrdən sonra son sualımı verirəm rəssama:
- Rəssamlıqda ən çox sevdiyiniz dövr hansıdır?
- Ən çox o dövrü sevirəm ki, o dövrdə rəssam olmayıb...
Bu orjinal cavabdan sonra sağollaşıb, sözlərlə rənglərin ahəngdə
olduğu mistik aləmdən uzaqlaşaraq, real aləmin rənglərinə
qarışırıq…
Aytən Təhmasib
Publika.Az
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan