Yazarlar
“Çamayra gözəl bir Kuba qızı idi“
Bu gün “Akademiya Kitab Mərkəzi”ndə publisist Vahid Qazinin “Çamayra – Kuba dəftəri” kitabının təqdimat mərasimi keçirildi.
Publika.Az saytının verdiyiməlumata görə, təqdimat mərasimini
İTV-nin “Ortaq məxrəc”proqramının aparıcısı Vüsalə Zeynalova
aparıb: “Mənə Vahid Qazi ilə ötən ilin bu zamanları Kubada səfərdə
olmaq qismət oldu. Bu kitabı oxuduqdan sonra onun və özümün
təəssüratlarımı tutuşdurdum. Anladım ki, mən Kubaya baxmışam, Vahid
Qazi isə görüb”.
Bundan sonra kitab haqqında fikirlərini Yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mehriban Vəzir bölüşdü:
“Kitabın tərtibatı zərgərlik işi qədər nəfisdir. Kitab məlumatla
doludur. Bu baxımdan Vahid Qazinin qələmi və düşüncə tərzi çox
maraqlıdır. Bizim içimizdə sovet dövrünə olan nostalji azdır. Amma
bu kitabda Vahid bəy qorxularını da cəsarətlə deyib. Təşəkkür
edirəm və Kuba xalqına azadlıq arzulayıram”,
Yazıçı Nəriman Qasımovun sözlərinə görə, əsər incə təhkiyyə üslübü,
adamın canına yaxın, ruhunu oxşayan əsərdir: “Qarabağ niskili ilə
yaşayan bir insan kimi Vahid Qazi bu hadisələri öz ruhundan
keçirərərk qələmə alıb. Bu onun vətənpərvərliyindən və istedadından
xəbər verir”.
V.Qazi kitabın adının “Çamayra” olmasına belə münasibət bildirib: “
Çamayra həqiqətən real obrazdır. Hətta mənim şahidim də var.
Mətbuatda dərc olunan yazılarımı toplayıb bir kitaba yığanda necə
ad qoyacağım haqqında düşündüm. Çamayra çox gözəl Kuba qızı
idi”.
Akademik Rafiq Əlyev dedi ki, kitabın əlyazma variantını oxuyanda
Azərbaycan ədəbiyyatına və publisistikasına yeni nəfəs gəldiyinə
əmin oldum: “Vahid bəyin özünün yazı manerası var. Mən Kubanı
azdan-çoxdan tanıyıram, amma bu kitabın içində mənə də maraqlı
olacaq məlumatlar var. Bu kitab demokratiyaya yaxşı bir yol
kitabıdır. Bu kitabda bir çağırış var, amma müəllif öz fəlsəfi
dilində, bir az da qəlizliklə öz sözünü deyib, ismarıcını
göndərib”.
Yazıçı –dramaturq Əli Əmirli hələ kitabı oxumadığını bildirdi:
“Amma mən müəllifin “Ruhlar şəhəri” əsərini oxumuşam. Bu kitab da
oçerklərdən ibarətdir. Hərçənd ki, hazırda jurnalistikada bu janr
çox az istifadə olunur. Bu kitabla Vahid bəy bütün yazarlara nə cür
yazmaq lazım olduğunu anlatdı. Müəllifə uğurlar arzulayıram”.
Qeyd edək ki, kitab 500 tirajla çap olunub və 102 səhifədən
ibarətdir. Qiyməti isə 4 AZN-dir
Sonda müəllif kitabını hər oxucu üçün imzaladı.
Nailə RÖVŞƏNQIZI
Publika.Az
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)


























