Yazarlar
Mənə əlcəyini bağışlayan o oğlan...
Universitetin axırıncı kursunda oxuyurdum. 8 mart günü bərk qar yağdı. Axşama qədər şəhərdəki işlərimi güclə qurtardım. İşim qurtarandan sonra anama çiçək aldım. Qatı Sovet ziyalısı olan ibtidai sinif müəlliməm Valentina Fyodorovna hamımıza tapşırmışdı ki, 8 Mart günü dünyanın harasında olursunuzsa, olun, ananızı mütləq təbrik etməlisiniz.
Çiçəklərimi də götürüb, birtəhər 20 Yanvara çatdım. Qar bir
ucdan güclənirdi, yollar buz bağlamışdı. Bu havada heç özünü
Şumaxer hesab eləyən sürücü də yola çıxmağa ürək eləməzdi. Buna
görə də, 20 Yanvardan Sumqayıta gedən marşrut qalmamışdı. Heç taksi
də yox idi. Dayanacağa toplanmış bir dəstə adamla saatlarla
gözlədik. Əməlli-başlı gecə düşdü. Qayıdıb, şəhərdə yaşayan
tanışlardan kiminsə evinə gedə, orada gecələyə bilərdim, amma həmin
gün anamı mütləq təbrik eləməliydim.
Axır ki, Sovet vaxtından qalma bir «Villis» gəldi. Ət-ətə hamımız
maşına doluşduq. Tısbağa sürəti ilə birtəhər Sumqayıta çatdıq.
Soyuq bir tərəfdən, sıxlıq bir tərəfdən - çiçəklərim də yaman günə
qaldı.
Sumqayıtda maşından düşəndə bizimlə gələn bir oğlan məndən
aralanmadı. Ədəb-ərkanla dedi ki, gecədi, indi marşrutdan evə qədər
tək getməyim təhlükəlidi. Həm hava çox pisdi, sürüşüb, yıxıla
bilərəm, həm də şəhərdə axmaq adamlar-zad ola bilər.
Tanımadığım oğlanın yanımca getməsindən elə də xoşhal olmasam da,
qorxu və maraq güc gəldi. Razılaşdım: bu da bir macəra idi. Düzdü,
o vaxt bunu nə vaxtsa yazacağımı düşünmürdüm, amma baxmayın da,
ürəyim o vaxt da yazıçı ürəyi idi.
Oğlan çantamı əlimdən aldı. Yaxamın-başımın açıq olduğunu görüb,
papağını, şərfini və əlcəklərini çıxarıb mənə verdi və təkid elədi
ki, bunları taxım. Sonra əlimdən tutub, evimizə qədər ötürdü.
Yol boyu başqa bircə kəlmə də danışmadı. Nə adımı, nə harda
oxuduğumu, nə də gecənin bu vaxtına qədər şəhərdə nə elədiyimi
soruşmadı.
Ayrılanda sağollaşdı və getdi. Nə telefon nömrəsi istədi, nə özü
nömrə verdi. Bircə kəlmə ilə 8 Martımı təbrik elədi və mənə zorla
geyindirdiyi papaq-əlcək-şərf «muğam üçlüyünü» də geri almadı.
Sonra o oğlanı bir də heç vaxt görmədim və yəqin ki, görsəm də
tanımazdım. Çünki həmin qarlı gecədə onun üzünü də düz-əməlli
görməmişdim.
Aradan 10 ildən çox vxt keçib və mən bu illər ərzində 8 Mart
günlərində ən müxtəlif hədiyyələr alıb, ən müxtəlif təbriklər
eşitmişəm. İlin hər bu günü şablon təbrik sms-ləri, gül-çiçək,
sevgi etirafları, ətirlər və hətta qlobus))))
Amma hər il bu gün həmin o adını bilmədiyim, üzünü yadda
saxlamadığım, səsini xatırlamadığım oğlanın 8 Mart jestini içimdə
böyük minnətdarlıq hissi ilə yada salıram. Qadına belə də dəyər
vermək olar:
Sakit.
Pafossuz.
Təmannasız.
Hədiyyəsiz.
Çiçəksiz.
Sadə.
Ürəkdən.
Gəlin, qədəhlərimizi qadına dəyər verməyi bacaran və dəyər verəndə
şitini çıxarmayan gözəl ürəkli kişilərin sağlığına qaldıraq!
Publika.Az
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?