Yazarlar
"BeynəlXART qadınlar günü"
Gəncliyi Sovet hökümətinin quruculuq illərində keçmişdi.
Savada, yazıya, kitaba meylli qadın idi.
Qəzetləri höccələyib oxuyur, gözlərinin yaxşı gördüyü vaxtlarda
“əsgəri” kitabını hananın taxtasına söykəyib çıraq işığında
oxumasından danışırdı. Dastanları əzbər bilirdi. Onun
həmyaşlarından fərqi bu idi.
Həm də insanları sevməyi vardı. Adamları sevinclə, göz yaşlarıyla
yada salırdı. “Kövrəkdi, qocalıqdandı”- deyirdik. Amma elə o qədər
də zəhmli, ötkəm, soyuqqanlı və özgür ola bilirdi.
Bir dəfə ayın tarixini xəbər aldı. “8 martdı, təbrik edirəm” dedim.
Kövrəldi. Mən də sən deyən keyfiyyətli nəvə deyildim, diqqətsizdim
bəlkə ona qarşı, indiki kimi anlayışım da yox idi. Nə bilim. Elə
bildim öz həyatına, təbrik sözünə kövrəlir.
Kipriklərini sıxıb “Allah sənə rəhmət eləsin, ay Humayın arvad,
qulağın torpağunda olsun”- deyəndə diksindim. “Bir dəfə, biz
hektarda işləyirdik onda… Axşamlar da qursa yazılmışıq. Kimdi e,
bizi qursa buraxan. Hükümət də zornan oxudur qadınnarı. Dedilər,
rayondan adam gələcək sabah, səkkiz martdı qadınlar günüdü. Gərək
hazırlaşasız.
Bizə də eləcə bu kəlməni əzbərlədirlər- “8 Mart beynəlxalq qadınlar
günü”. Bu Humayun arvad hər soruşanda deyir: “8 mart Beynəlxart
qadınlar günü”… Bir kərə düz deyə bilmədi rəhmətliy bir sözü…”
…Səsvermə günü idi, seçki idi. Dəqiq xatırlamıram hansı. Kluba yol
alan qadınlar bir-birindən kimə səs verəcəklərini soruşur, çox vaxt
da eyni cavabları alırdılar. “Filankəsə səs verəcəm. Niyaz dedi ki,
ona səs ver”. Nənə qoca idi. Amma səs haqqı vardı. Qutunu evə
gətirməliydilər. Biz seçki nümayəndəsilə birgə kağız-kuğazı
qabağına töküb, bildiyimiz namizədlərin adını göstərirdik. «Bax
bunu qarala, deyəndə, “Əlüvi Geri çək” deyə qarı kağızı kiçilib
sulanan gözünün qabağına tutdu. “Özüm bilərəm”-dedi.
Hamını sözlə itələyib, kağızlarla təkbətək qaldı. Bu tanımadığı
namizədlərlə, əlindəki kağızlarla, səsi ilə nə edəcəkdi ki.. Kağızı
açıb bağlayıb mənə verdi: “Səsimi nəvəmə verirəm. Sən seç.” Nənəmə
bəyəndiyim namizədi təriflədim. O da qol çəkdi…
Haqq və qiymət
Bir çiçək, bir ətir, hədiyyə, bir xoş söz kişilər tərəfindən
qiymətləndirilmədir, dəyərli, sevilən varlıq olduğunu bilməyin
romantikasını yaşadır. Gözəldir, əlbəttə. Hərçənd, 8 Mart tarixini
təqvimə qırmızı rənglə salanlar qiymətləndirilmə-zad düşünmürdülər
təbii, öz haqqlarını tələb etmişdilər. Qiymət, dəyər bir şeydir,
haqq bir başqa şey… Elə ona görə də dostlarımdan birinin FB
statusunu yarıciddi qəbul edin: “qadın həmişə haqlıdır, ən çox da
haqlı olmayanda haqlıdır”…
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)


























