Şəklini mənə göndər - III
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər - III

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.


Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

III hissə


Yanvar 26
Deniz
baxıram, bu sözləri indicə
statusunuzda da yazdınız,
söhbətimizi nə üçün tirajlayırsınız? ))

Yanvar 26
Murad Kohneqala
mən çox vaxt yazışmamdan statuslar qoyuram,
bu, həm də mənim FB-dəki stilimdi...

Yanvar 26
Deniz
aydındı…

Yanvar 26
Murad Kohneqala
öz şəklini allah yolunda
mənə göndər,
nolar... )))

Yanvar 26
Deniz
mən cıxdım…
Yanvar 26
Murad Kohneqala
!!! )))

Yanvar 26
Deniz
hə, yazdıgınız gülməliydi )))

Yanvar 26
Murad Kohneqala
yox,
mən səni xoş yola salırdım,
bu işarə o deməkdi…
sözsüz yazdım ki,
cavab yazmayasan, gecə yarıdı
gedib yatasan,
sən də məndə ayrıla bilmirsən,
mənə vurulduğunu
danmaqla məşğulsan… )))
yaxşı, ta səni cırnatmayacam )))

Yanvar 26
Deniz
guya bunları
məni cırnatmaq üçün yazırdız ki? )))
gecəniz xeyrə!

Yanvar 26
Murad Kohneqala
hələlik!..

Yanvar 27
Murad Kohneqala
Salam!
necəsən?
baxıram, sənin cümlələrinin intonasiyası
yaşlı adamınkına bənzəyir
ona görə dünən səninlə biraz
həddibuluq söhbəti elədim,
sən də küsdün… )))
P.S. mənə "sən" deyə müraciət eləsən
daha rahat olaram…

Yanvar 27
Deniz
xeyr, küsməmişdim,
ama söhbət də ləzzət eləməmişdi.
"Sən" deməyə dilim gelmir. )))
yaşlı adam söhbəti, hə? )))

Yanvar 27
Murad Kohneqala
yox, yaşlı olmağımdan
əndişələnmirəm,
sadəcə, "siz"lə israfa yol verilir,
əlavə hərf xərclənir... )))

Yanvar 27
Deniz
yaxşı, elə müraciət eləyərəm, ))
bax, özünüz, eee, yəni, özün dedin aa… )))

Yanvar 27
Murad Kohneqala
hə, belə rahatdı,
deyəsən, məni blok eləmişdin )))
tez əsəbləşənsən?

Yanvar 27
Deniz
yooo! allah eləməsin sizi blok edəm, ))
sadəcə, səhifəmi baglamışdım,
tez də açdım,
hardan bildiz?

Yanvar 27
Murad Kohneqala
keçən dəfə cavabsız-zadsız
qapını çırpıb getdin )))
inboksumda profil şəklin
qeyri-müəyyən oldu,
səhifənə girə bilmədim və s.
yaradıcılıqla məşğulsan?
nəsə yazmaq mənasında…

Yanvar 27
Deniz
hə, hərdən nəsə qırıldadıram :)))
niyə soruşduz ki?

Yanvar 27
Murad Kohneqala
düşündüm ki, mənimlə yazışmağa
meyl eləyən adam
yəqin, yaradıcılığa yaxındı…
xanımlar nakam sevgidən yazmağı sevir... )))

Yanvar 27
Deniz
mənim sevgim nə nakamdı, nə də tam :)

Yanvar 27
Murad Kohneqala
səni kimsə sevməyə risk eləyibsə
onu "qorxmazlığına görə" ordeni ilə
təltif eləmək lazımdı :-)))))

Yanvar 27
Deniz
səbəbi? :)

Yanvar 27
Murad Kohneqala
səndə müstəntiqlik var,
bunu heç bir kişi sevmir...

Yanvar 27
Deniz
hər şeyi cürüdürəm ))) bu səbəbdən?
mən elə deməzdim,
düzdü, məndə amansızlıq var, ))
deyilənə görə elə kişilər var
belə xarakterli qadını sevir,
ama mən hec rastlamadım :-)

Yanvar 27
Murad Kohneqala
əsil kişilər belə xarakteri sevməzlər,
qadın hegomonluğunu fəfik kişilər
qəbul eləyə bilər,
sənə hərif kişi lazımdı? ))
amansız sözünü də özün yada saldın burda )))

Yanvar 27
Deniz
))) hərif? tebii ki, yox.
əksinə,
daxilinin zəhrimarı sifətinə vurmuş
kişilərdən xoşum gəlir:))
əslində, amansız adlandırdıgım
bu simanın altında
cox kövrək bir qızcığaz var…

Yanvar 27
Murad Kohneqala
Səndə mazoxizm simptomunu hiss elədim )))
vampirliyin də var,
adamın qanını sorarsan )))

Yanvar 27
Deniz
təşəkkür! :)))

Yanvar 27
Murad Kohneqala
mənə belə dərindən təşəkkür
etdiyin olmamışdı,
demək, özünün də xoşuna gəldi... ))

Yanvar 27
Deniz
deməzdim :)

Yanvar 27
Murad Kohneqala
sən hansını istəyənlərdənsən,
kişi sənin üzərində hegomonluq eləsin,
yoxsa sən kişinin?

Yanvar 27
Deniz
hegemonluq bayagı səslənmirmi sizcə?
burda çalarlar coxdu.
ama qısaca - kişi elə kişi olmalıdı,
cavabım sizi qane edər yəqin ki… ))

Yanvar 27
Murad Kohneqala
kişi necə olanda kişi olur?

Yanvar 27
Deniz
bunu siz daha yaxşı izah edərsiz, məncə )))

Yanvar 27
Murad Kohneqala
ahaaa!
demək, hərdən kişiyə də gənəşə bilirsən,
buna da bərəkət )))

Yanvar 27
Deniz
siz özünüzə məni düzgün izah etməmisiniz…

Yanvar 27
Murad Kohneqala
mən özümü parta arxasında oturdub
üzünü görmədiyim adam haqda
nə izah eləyə bilərəm?
tabaşir əlimdə qalmazmı? )))))))

Yanvar 27
Deniz
)) ama, kecən dəfə simptomlarımı
tez hiss etdiyinizə gorə düşündüm,
yazdıqlarıma nəzərən haqqımda
1-2 cümlə uydurarsız )))

Yanvar 27
Murad Kohneqala
yaxşı
bunlar bir qırağa...
mənimlə hansı mövzuda danışmaq
arzusuyla yazışmaq qərarına gəlmişdin?

Yanvar 27
Deniz
hər halda sizin kecən dəfə açdığınız
mövzunu istisna etməklə,
qalan mövzularda sizinlə söhbət
mənə maraqlıdı )))

Yanvar 27
Murad Kohneqala
mövzunun ən gözəlindən
qaçdığını bildirməklə
onu beynindəki şeytani qatın altda
gizlətdiyini hiss elətdirirsən...
bax, mənalı həyat axtarırsan,
bunun nəyi pisdi,
20 yaşlı bir qız 52 yaşlı yazara vurulur?
və birlikdə uzun əzablı yol keçirlər...
məhəbbət demirsən?
al, bu da sənə məhəbbət!
ancaq sən heç özünü mənə
göstərmək istəmirsən,
səninlə Çin səddinin bu üzündən
nə danışa bilərəm?

Yanvar 27
Deniz
sizə vuruldugumu da hissetmə
qabiliyyətinizlə müəyyən etmisiz? )))

Yanvar 27
Murad Kohneqala
bağışla gecikdim,
xeyli yazmışdım,
lazım bilmədim,
pozdum
bax, sən mənə deyə bilərsən ki,
görmədiyin adama necə vurulmusan,
düzdümü?
ancaq mən bilirəm ki,
sən dəhşət gözəlsən,
özü də zərif qızsan,
adətən, biraz gərilmiş, əsəbi qız nazik olur.

Yanvar 27
Murad Kohneqala
hə, bu dediklərimi də hissetmə ilə
müəyyən eləmişəm ))
nolardı, bu dünyada mənə də
bir gözəl vurulsaydı?..))))

Yanvar 27
Deniz
bu o deməkdi ki, siz də mənə vurulmusunuz? )) ya mənə elə gəldi, ))) üzr istəyirəm, mümkünsə, tez yaza bilərsiz?!

Yanvar 27
Murad Kohneqala
sən yazana qədər səhifənə girib sənə biraz yaltaqlanmışam ))))
əlimə keçəni layk eləyib,
bağdan oğurluq eləyən uşaqlar kimi
tez çıxdım... ))))
mən sənə vurulmamışam…

Yanvar 27
Deniz
düzdü, siz mənə vurula da bilməzsiz zaten )))

Yanvar 27
zarafat eləyirəm, vurulmuşam )))
sənə yazığım gəldi,
ona görə bu cavabı az gecikdirdim… )))

Yanvar 27
Deniz
zarafat etmək üçün
30 il geriyə qayıtmalısınız )))
hə, bilirdim ki, siz rəhimli insansiz )))

Yanvar 27
Murad Kohneqala
sən mənim yaşıma baxma,
mən çox enerjili adamam…
bayaq sən gecikəndə tualetə
getdiyini hiss elədim )) və girib
səhifəndəki statuslarına baxdım.
deyəsən, ayrım dilini də yaxşı bilirsən...))
mən də ayrımam )))

Yanvar 27
Deniz
sizin enerjinizə şübhə bildirəcək
cümlə yazdıgımı xatırlamıram )))
görünür, yaşınızdan zəhləniz gedir )))
Statuslarıma görə deyirsiz? )))
deməli, ortaq cəhətlərimiz də varıymış :)))

Yanvar 27
Murad Kohneqala
yalnız sevgi məsələsində
ziyan elədiyinə görə yaşımı sevmirəm…

Yanvar 27
Deniz
siz sevirsiz dəə? )))


Yanvar 27
Murad Kohneqala
sevgi nədi,
onu siz məndən yaxşı biləmməzsiniz )))
və mənim qədər sevəmməzsiniz,
yaşa dolanda sən də elə olacaqsan…

Yanvar 27
Deniz
sevmək üçün
cox yaşamaq lazım deyil məncə...

Yanvar 27
Murad Kohneqala
necə yəni?
məhz, sevgini dərindən bilmək üçün
xeyli yaşamaq lazımdı...
... bütün bunlarla bərabər,
mən həyatımda 6 aydan çox bir qadına vurulmamışam.

Yanvar 27
Deniz
bəs həyat yoldaşınız?
onu da cəmi 6 ay sevmisiz?
sevgi təcrübə deyil ki, yaşa dolduqca
daha yaxşı mənimsəyəsən...

Yanvar 27
Murad Kohneqala
37 yaşımda evlənmişəm,
ona qədər Rusiyanın müxtəlif
şəhərlərində veyillənmişəm.
veyillənməyi çox sevirəm...
həyat yoldaşımı heç sevməmişəm,
yerli-dibli...)))
bu gün tanış eləyiblər, birisigün götürüb qaçmışam...

Yanvar 27
Murad Kohneqala
deyəsən, sən bu suallarınla mənim
sağlamlıq durumumu öyrənib
mənə ərə gəlmək istəyirsən? ))))

Yanvar 27
Murad Kohneqala
məndə qadına uzunmüddətli sevgi olmur,
qısa vurulmalar olur,
məsələn, bir xanımın arxasınca
uzun müddət sürünə bilirəm,
onu əldə elədikdən sonra,
ən uzağı 6 aya maraqsızlaşır...

Yanvar 27
Deniz
üzr istəyirəm, anidən yuxuya getmişdim.))
hər şey elədi,
çətini əldə edilənə kimidi,
sonra marağı ölür.
mən həmişə nəyisə arzulayanda
həm də arzu edirəm ki, mənim olmasin
və həmişə mənimçün dəyərli qalsin.
o ki, qaldi sizə ərə getməyimə,
məni almazsız, axı, mən cavanam:))))

Yanvar 27
Murad Kohneqala
niyə almalıyam ki?
tanış oluruq,
oturub dururuq,
sonra münasibət hara qədər uzanır,
ora qədər gedirsən,
sonra da ayrılırsan...

Yanvar 27
Deniz
)) bəli, insan yaşa dolanda
hər şeyə inanırmış… )))

Yanvar 27
Murad Kohneqala
inanmaq nədi?
mən rusiyada belə yaşamışam,
bütün avropa belə yaşayır…
yaxşı başa düşürəm,
demək istəyirsən ki, mənə gəlməzsən...
mən də istəmərəm ailəmdən ayrılıb
20 yaşlı bir qızla evlənəm,
kənarda sevişməkdən danışıram.

Yanvar 27
Deniz
əsəbləşməyin,
bu yaşda sizə cox ziyandi:)))
kənarda sevişmək?
bu mənim qanunlarima ziddi ))))

Yanvar 27
Murad Kohneqala
bircə azərbaycandan başqa
orta asiyada
özbəkistanda,
qırğızıstanda
qazağıstanda,
türkmənistanda
hamısında burdan çox azad yaşayırlar,
cəmiyyət adamın gözünü çıxartmır…

Yanvar 27
Deniz
Ola bilər,
mən heç nə deyə bilmərəm…

Yanvar 27
Murad Kohneqala
digər millətdən olanları demirəm,
mən tələbə vaxtı
qazax qızı ilə də,
qırğız qızı ilə də
türkmən qızı ilə də yatmışam,
ancaq azərbaycan qızı ilə bu olmayıb...
bizimkilər şərt qoyur ki,
mütləq məni almalısan.

Yanvar 27
Deniz
dediklərinizi burda eləmək üçün
yəqin özünüzə azad bir ortam
tapmamısız…

Yanvar 27
Murad Kohneqala
demək istəyirəm,
bu, cəmiyyətin hər tərəfində qəbul olunmalıdı.
qazaxstanda kəndlərdə hamı sevdiyi ilə gəzir,
evlənmək şərt deyil,
yəni artıq cəmiyyət bunu qəbul eləyib.
özü də mən qadınları yox,
əsas kişiləri günahkar bilirəm…
özü də mən
seksual inqilab-zad eləmək fikrində deyiləm,
sadəcə, cəmiyyət biraz yumşalmalıdı…

Yanvar 27
Deniz
bizdə bu olmuyacaq,
axı "milli mentalitetimiz" var ))
yatmaq istəyirəm, yuxum geldi deyesen)))
ama, sizdən bir istəyim var...

Yanvar 27
Murad Kohneqala
buyur!

Yanvar 27
Deniz
yeni yazacağınız statusda mənə aid olan bir söz rica edərdim…

Yanvar 27
Murad Kohneqala
məmuniyyətlə yazaram…

Yanvar 27
Deniz
hə, haqlısız, ama bunu görmək üçün hələ daha çox yaşamalı olacaqsınız…))) söhbətə görə təşəkkür!

Yanvar 27
Murad Kohneqala
gecən xeyrə!
ayrılanda
öpürəm deyəcəyin günə hələ çox var? )))))

Yanvar 27
Murad Kohneqala
statusu yazdım ))))))))

Yanvar 27
Deniz
eee ((( niyə mənim yazdığımı status elədiz?
öpürəm demək üçün
mən də hələ çox yaşamalıyam :)))

Yanvar 27
Murad Kohneqala
hələlik!!!

Yanvar 27
Deniz
öpürəm!
alnınızdan))
ama gərək statusu öz sözlərinizdən qoyaydınız…
gecəniz xeyrə!

Yanvar 27
Murad Kohneqala
istəyirsən statusu çıxardım?..
ama çox əladı!!! ))))
hər dəfə öpürəm yazanda alnımdan
yavaş-yavaş aşağı enərsən... )))

Yanvar 27
Deniz
hə, cıxardın…

Yanvar 27
Murad Kohneqala
komentləri oxu, əladı!

Yanvar 27
Deniz
istəmirəm ((

Yanvar 27
Murad Kohneqala
yalvar, geri çıxardım )))

Yanvar 27
Deniz
)) hə bax, bu müşkül məsələdi… )))

Yanvar 27
Murad Kohneqala
buranı oxuyan elə bilər
səni zorlayıram,
biri deyir, istəmirəm, çıxart,
biri deyir yalvar... )))

Yanvar 27
Deniz
ürəyinizdən kecənləri bu cür
variantla ifadə edirsiz? )))
Yanvar 27
Murad Kohneqala
mən artıq profilindəki
o mavigözlü qızı zorladım,
əlimə keçən o oldu...)))

Yanvar 27
Deniz
onu niyə? günahı nəydi?)))

Yanvar 27
Murad Kohneqala
neynim, günahkar hələ ki, özünü ələ vermir...)))

Yanvar 27
Deniz
ona dair də planınız var? )))

Yanvar 27
Murad Kohneqala
bu tələsik oldu,
günahkar əlimə keçsə onula
tamam ayrı cür rəftar eləyəcəm… )))

Yanvar 27
Deniz
siz cox lütfkarsınız,))) ama, sizə qismət olan yalnız onunla baglı xəyallarınız olacaq)))

Yanvar 27
Murad Kohneqala
günahkarı əldə etməyin adi yolları var,
yazışma mən tərəfdən kəsilir və
qarşı tərəfən görüş tələb edir...
ancaq yazışma hələ davam eləməlidi,
hiss edəcəm ki, yazmasam dəli olursan,
onda dayandıracam…
ona da çox az qalıb...

Yanvar 27
Deniz
hə, yaşam üçün ümid də lazımdı…)))
hərdən çox ağıllı olmağın
özü elə ağılsızlıqdı… )))

Yanvar 27
Murad Kohneqala
səninlə məktublaşmanı
bu gün də dayandıra bilərəm
alibim də var.
sonu xəyallarda bitən
bir məktublaşma üçün
bilərəkdən niyə əziyyət çəkməliyəm ki?
mən heç vaxt ağıllı olmamışam,
ağıldan həmişə qaçmışam,
hissiyatla yaşamışam,
artıq sənin iyini almışam…

Yanvar 27
Deniz
əgər ürəyinizdən keçirsə dayandırın,
ama, kecmir axı…))
şikarı əldə etməyincə
iyimi almağınız sizi daha çox
narahat edəcək… ))))

Yanvar 27
Murad Kohneqala
artıq biraz yalvardın )))
sən yazışmanın lap əvvəllərinə
nəzər salsan görərsən,
mənim yanıma nə qədər gəlmisən... )))

Yanvar 27
Deniz
ömür boyu hissiyatla yaşamağın axırı bu işte )) hep aldadar hissiyyat insanı, insan yalnız inanmaq istədiyinə inanar, həqiqətə yox. gecəniz xeyrə!

Yanvar 27
Murad Kohneqala
hələlik!!!
öpmürsən?

Yanvar 27
Deniz
yox!

Yanvar 27
Murad Kohneqala
bayaqkı yalvarmağını kompensasiya elədin )))

Yanvar 27
Deniz
hələlik )))

Yanvar 27
Murad Kohneqala
sağ ol!!!

Yanvar 27
Deniz
həmişəlik?

Yanvar 27
Murad Kohneqala
öpməsən, həmişəlik...

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm