Şəklini mənə göndər -VI
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər -VI

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.


VI hissə

Yanvar 28
Murad Kohneqala
salam
sən burdasan?


Yanvar 28
Deniz
salam, bəli…


Yanvar 28
Murad Kohneqala
bilirəm ki, qar yağıb,
heç yerə çıxmamısan, evdəsən,
darıxırsan,
gəl birlikdə darıxaq ))))


Yanvar 28
Deniz
hə, məncə də,
tək darıxmağın yeri yoxdu…


Yanvar 28
Murad Kohneqala
sən qabaqca çox acı xanım
təsiri bağışlamışdın,
ancaq getdikcə şirinləşirsən,
yəqin kal idin, mənimlə bir az dəydin )))))


Yanvar 28
Deniz
siz məni olduğum kimi
görməyi bacarmamısız, bəlkə də…


Yanvar 28
Murad Kohneqala
ola bilər,
sən mənim təsəvvür elədiyimdən
çox fərqlisənsə
səni mütləq tapacam,
səni görməsəm bağrım partlayar…)))


Yanvar 28
Deniz
rahatlığınızı əlinizdən aldığıma görə
üzrmü istəsəm..?
yetərmi..? )))


Yanvar 28
Murad Kohneqala
zatən rahatlıqdan heç xoşum gəlmir,
əksinə, sənin sayəndə enerjimi
xoş bir işə sərf eləyirəm,
gözəl bir xanımla danışıram

üzr istəməklə canını məndən qurtara bilməyəcəksən... )))


Yanvar 28
Deniz
canımı sizdən qurtarmaq fikrim yoxdu…
yəni hələ ki… )))
o ki, qaldı enerjinizə,
bu gedişlə tez tükənəcək... )))


Yanvar 28
Murad Kohneqala
mənim enerjim tükənən deyil,
səninlə heç tükənməz )))

demək, məndən nə vaxtsa
qaçmaq planın da var )))
səni hara buraxıram?
mən səninlə evlənəcəm,
bir oğlumuz olacaq...


Yanvar 28
Deniz
bu cür yazmaqla, düşünürsüz ki,
mənim içimə qorxu toxumları səpdiniz?...
əksinə, çox gülməli gəldi )))))


Yanvar 28
Murad Kohneqala
evlənmək xoxan deyil ki,
onunla səni qorxudam ))))
demək, bizim oğlumuz olsa
sənə gülməli gələcək? )))


Yanvar 28
Deniz
bilirsiniz, nə fikirləşirəm?..
bilmirəm, bu roman məsələsi düzdü,
ya yox, ama sizin mənə yazdıqlarınız
planlaşdırılmış bir roman süjetinə
uyğun xətlə cərəyan edir,
yəni, əslində, sözlər xüsusi olaraq
mənə ünvanlanmır, sadəcə,
əks tərəfi danışdırmaq üçün səsləndirilir…
( gec yazdığıma görə üzr istəyirəm)


Yanvar 28
Murad Kohneqala
yox, mən səninlə plana uyğunlaşdırıb
danışmıram, romanın sirrini də açanda
dedim ki, sənə qarşı olan fikirlərimi
romana görə təhrif eləyib
ayrı cür danışmayacam,
dediyim fikirlərimdə çox səmimiyəm,
sən də sərbəst ol,
öz fikirlərini deməkdən çəkinmə,
romanda ad, məkan anonim olacaq.

istəsən adın dəniz kimi gedər,
bəlkə də doğma adın dəniz deyil, yəni…


Yanvar 28
Deniz
adım doğurdan dənizdi.
romanı mənə verəcəksiniz oxumağa?


Yanvar 28
Murad Kohneqala
roman beləcə olacaq,
onu indi ikimiz yazırıq...
sən həm müəllifsən,
həm oxucu... )))
necə var eləcə səhifələnəcək,
vəssalam...

Yanvar 28
Deniz
bəs axırda mənim mükafatım nə olacaq?
axı, yaradıcılığınızda kömək edirəm ))))


Yanvar 28
Murad Kohneqala
burda mən səni qazanıram, sənsə məni,
ayrı mükafat yoxdu,
ümumi qazancımız isə oxucuya
insan hisslərinin ən gizlin,
dərin yerlərini göstərmək ola bilər...
müasir texnologiya 52 yaşlı kişi ilə
20 yaşlı qadını qovuşdura bilərmi, kimi
suallar da burada öz-özünə həll olunur...


Yanvar 28
Deniz
sizcə, müasir texnologiya bunu bacaracaq?
yəni onları qovuşduracaq?


Yanvar 28
Murad Kohneqala
mən buna əminəm,
bir tərəf hazırdı,
qalır işin yarısı, yəni sən tərəf,
sən də görüşməyə razılaşacaqsan,
ayrı çıxış yolun yoxdu... )))


Yanvar 28
Deniz
razılaşmasam?


Yanvar 28
Murad Kohneqala
mənimlə görüşməyini
şərt kimi qoymuram,
ama, əminəm ki, görüşəcəyik...


Yanvar 28
Deniz
biz gorüşəcəyik!
bəlkə illər sonra,
bəlkə yuxularda,
kim bilir, bəlkə də heç gorüşmədik...(((


Yanvar 28
Murad Kohneqala
ola bilər...
ancaq mənim qəlbimdə
görüşməyimizə bir əminlik var...

qoy, bunu da deyim,
görüşməsək günah sənin boynunda qalacaq,
buna görə bütün ömrün boyu əzab çəkəcəksən...


Yanvar 28
Deniz
ola bilər…
ama, bu, ancaq və ancaq
bir vicdan əzabı ola bilər,
52 yaşli bir qocanın xəyallarını
puç etdiyim üçün…)))


Yanvar 28
Murad Kohneqala
vicdan əzabı bəsin deyilmi?
yoxsa, elə bilirsən,
kiminləsə yatandan sonra
o əzab silinəcək?
sən mənimlə görüşməsən,
hər azdığın həyat döngəsində
məni xatırlayıb
görüşmədiyinə peşman olacaqsan,
ancaq görüşməsən daha yaxşıdı,
çünki, görüşsək
mənim də iztirablarım artacaq...


Yanvar 28
Deniz
ama mən sizi
xəyallar quracaq qədər ümidləndirmədim...
həm, niyə iztirab çəkməlisiniz axı?


Yanvar 28
Murad Kohneqala
mən reallığı çox sevirəm,
gizli dərd çəkməyi xoşlamıram,
yəni üstüörtülü, simvolik, qeyri-müəyyən
dərdlərdən danışıb fəryad qoparan
qəzəlxanlardan deyiləm,
işıqlı həyat yaşayan adamları bəyənirəm...

niyə iztirab çəkməliyəm, soruşursan,
deyim,
fikirləşirəm ki, səninlə görüşsəm,
vurulsam,
sən də məndən qaçsan
sonra halım necə olacaq?


Yanvar 28
Deniz
siz işıqlı həyatı bəyənsəniz də
həmişə qaranlıqdan danışmısınız,
çünki yazdıqlarınızda
işıq bulacaq həqiqət görmürəm…
siz, sadəcə, söylədiklərinin
yalan olduğunu bilə-bilə
hakimin üzünə duran cinayətkar
rolunu oynayırsız…
günahsız cinayətkar…


Yanvar 28
Murad Kohneqala
qaranlıq nəyə deyirsən?
yatağamı?
baxmayaraq ki, orada hər şey
qaranlıqda baş verir,
ancaq yataq qaranlığın simvolu deyil...

ola bilsin, sənin üçün işıq
nişanlanıb ərə getməkdi və
bu yolun üstündə mənimlə yazışman sənə
neqativ duyğular ötürür,
səni qınaya bilmərəm...

qaldı, hakimlə cinayətkara,
insan əsasən yalanı
özünü müdafiə eləyəndə çox danışır...

çox maraqlıdı ki,
"cinayətkar" olduğumu bilərəkdən
mənə "günahsız" dedin,
və məni "məhkəmə zalından" birbaşa azadlığa buraxdın... ))))

hər halda burda bir sevgi var... )))


Yanvar 28
Deniz
mən qaranlıq deyərkən
yatağı nəzərdə tutmamışdım...
qaranlıq sizin mənə yazdıqlarınızdı
(hamısı yox) məsələn,
görüşmək, sürahi, üzdəniraq oğlumuz )))
o ki qaldı, nişanlanmaq, ərə getmək,
bunlar mənimçün işıq yox,
məcburən tabe olacağım qaydalardı...


Yanvar 28
Murad Kohneqala
mənimlə görüşmək sənin üçün
bu qədər neqativ assosiasiya olunursa
görüşməyə bilərsən,
səni məcbur eləyə bilmərəm...


Yanvar 28
Deniz
yox, qətiyyən!
sizinlə bir masa arxasında oturmaq,
əslində, mənimçün şərəf olardı,
səmimiyyətimə inanın, lutfən…
bilmirəm, niyə ən başından
bir-birimizi anlamaqda çətinlik çəkdik…


Yanvar 28
Murad Kohneqala
başa düşürəm,
istəyirsən sənə yalvarım,
mən ancaq indiyə qədər
yazdığım kimi yalvara bilirəm,
başqa cür bacarmıram,
başqa cür yalvarmaq yolunu bilirsənsə
sən yalvar...


Yanvar 28
Deniz
mənə yalvarmağınızı istəmirəm.
həm bu, nə mənə nə də sizə
bir şey qazandırmaz.
deməli, bu heç birimizə sərf eləmir…


Yanvar 28
Murad Kohneqala
sən mənə həm bir yerdə oturmaq
şansı haqda işarə eləyirsən,
həm deyirsən, bu alınmayacaq,
bu, bir uşağa qırmızı alma göstərib
sonra arxanda gizlətməyə bənzəyir... )))
yalvartmaq istəyini burdan duydum...


Yanvar 28
Deniz
))) deyəsən, yenə susmalı olacam )))


Yanvar 28
Murad Kohneqala
---------{-{-{-{-{@

bu qızılgülü sənə göndərirəm


Yanvar 28
Deniz
ən azı söhbətimiz qədər gözəldi,
məmuniyyətlə qəbul etdim,
təşəkkür edirəm!..


Yanvar 28
Murad Kohneqala
indiyə qədər səni çox incitmişəm,
bacarsan bağışla!
artıq səninlə söhbəti
burda tamamlamaq istəyirəm...

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm