Şəklini mənə göndər -VII
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər -VII

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.


VII hissə

Yanvar 28
Deniz
niyə bu qərara gəldiniz?
bağışlanası heç nə yox…


Yanvar 29
Deniz
bu mənim cəzamsa,
sevə-sevə çəkəcəm…


Yanvar 29
Murad Kohneqala
nə gəzişirsən fb-də, niyə yatmırsan?
sənə ürəyim yandı...


Yanvar 29
Deniz
gözləyirdim...


Yanvar 29
Murad Kohneqala
niyə mənə vurulmağını boynuna almırsan?


Yanvar 29
Deniz
bu belə deyil...
niyə yazdınız?
təzəcə unudurdum…)))


Yanvar 29
Murad Kohneqala
qorxursan ki,
boynuna alsan məni itirəcəksən,
ona görə süründürmək istəyirsən?
süründür!
ancaq mən də səni
kefim istəyəndə cəzalandıracam.


Yanvar 29
Deniz
çətini cəzanı hiss edənəcəndi,
sonra alışırsan,
sonra isə ümumiyyətlə narkotikə
alışmış bədən kimi səninçün adiləşir…
mən qorxmuram, həmişə ehtiyat eləyirəm )))


Yanvar 29
Murad Kohneqala
bildim,
demək, mən cəzanın dozasını
qaldırmalıyam ki, sənə dözülməz olsun...


Yanvar 29
Deniz
bunu mənə qıymazsınız )))


Yanvar 29
Murad Kohneqala
hə,
indi bir az yazığım gəldi...


Yanvar 29
Deniz
bu, rəhm deyil, bu, sevgidi )))


Yanvar 29
Murad Kohneqala
ancaq sənin mənə qarşı belə hissin yoxdu...


Yanvar 29
Deniz
məncə, ikimiz də eyni hissi keçirdirik,
yəni heç birimizdə yoxdu...


Yanvar 29
Murad Kohneqala
məncə də elədi...
çünki bir-birimizi görməyəcəyik,
qorxuram, məni tanısan
ərə getməyi unudasan,
ona görə mən də səninlə
görüşmək işindən vaz keçirəm...


Yanvar 29
Deniz
sizdəki, sadəcə qürurdu…)))
təslim olmaq istəmirsiniz...


Yanvar 29
Murad Kohneqala
nəyə təslim olmaq?
səni sevdiyimi etiraf etməyimimi deyirsən?
mən yenə deyə bilərəm,
sənə vurulmuşam...


Yanvar 29
Deniz
görmədiyiniz birinə
vurulacaq qədər zəifsiniz?


Yanvar 29
Murad Kohneqala
mən artıq səni görürəm...
olduğun kimi də qəbul eləyirəm,

səndən də məni sevməyini tələb eləmirəm,
bilirəm ki, bu mümkün olan şey deyil,
yaşlı bir adam cavanı asan sevər,
əksi çox çətindi,
odur ki, sənə heç bir iradım yoxdu,
ondan narahat olma...


Yanvar 29
Deniz
bəzən insan, sadəcə, sevər...
bütün əngəllikləri aşaraq,
sərhəd tanımadan,
qanun-cəza bilmədən,
qoxmadan, çəkinmədən,
onu qınağa çevirəcək heç bir ünsürü nəzərə almadan...
sadəcə sevər...


Yanvar 29
Murad Kohneqala
məsələn, mən neyləməliyəm,
dediklərinin hansını eləməliyəm?
mənə nə məsləhət görərdin?
yoxsa elə-belə, məsəlçün deyirsən?
yaxud, özün belə şeylərə hazırsanmı?


Yanvar 29
Deniz
siz heç nə etməyin…
mənsə hazıram…
o cür sevmək istəyirəm,
o cür sevməyə hazıram...
ama, sevməyə kimsə bulamadım )))
sevgimi içimdə yalqız gəzdirirəm,
qəlbimin kandarından çölə çıxmağa qoymuram)))


Yanvar 29
Murad Kohneqala
yəqin biri rast olacaq,
ancaq ideal deyilən şey yoxdu...
sevgini çox tərbiyəli saxlasan
tərbiyəli uşaqlar kimi utancaq olacaq...


Yanvar 29
Deniz
mən ideal olanı axtarmıram, zatən,
mənim üçün elə bir anlayış da yoxdu...
sevgim utancaq deyil,
o yazığa mən elə tərbiyə vermişəm )))


Yanvar 29
Murad Kohneqala
bəs 25 yaşım olsaydı mənə gələrdinmi?


Yanvar 29
Deniz
hə, gələrdim...
deyəsən, mən də qorxaraq sevmişəmmiş...


Yanvar 29
Murad Kohneqala
demək, rəqəmlərin yerini
dəyişən kimi razılaşdın...
cavabın belə olacaq:
bu, sadəcə, rəqəm deyil...


Yanvar 29
Deniz
bunu mən etmədim,
ruhum seçim etdi )))
rəqəmlərin yerini dəyişəndə
siz çox şeyin yerini dəyişmiş olursunuz )))
bəlkə elə ruhum da bunu nəzərə alıbmış…)))
gecəniz xeyrə!


Yanvar 29
Murad Kohneqala
hələlik!!!


Yanvar 29
Murad Kohneqala
burdasansa, bir söz yaz!..


Yanvar 29
Deniz
salam!
deyəsən, artıq
mənsiz darıxmağa baçlamısınız )))
bəlkə, indi də mən sizə cəza verim...)))


Yanvar 29
Murad Kohneqala
hə,
gecə sən gedəndə əvvəlcə vaxtında
sağollaşdığımızı düşündüm,
bir az keçmişdi, dəhşət darıxdım.

mənim işim evdə yazıb qəzetə,
sayta göndərməkdi,
ona görə gec yata bilirəm,
yəni, səhər durub işə getmirəm...

gecə səndən sonra yuxum gəlmirdi,
yuxudan indicə durmuşam,
dedim, bəlkə burdasan...


Yanvar 29
Murad Kohneqala
mən qəzetə yazı yazıb göndərməliyəm,
müvəqqəti burdan çıxıram,
cavabını gec yazsam ayrı şeyə yozma...


Yanvar 29
Deniz
yozmaram )))
nə vaxt darıxsanız yazarsınız )))
indi yazdığınız status da hansısa xanımla söhbətinizdəndi?..
bu, qısqanclıq deyil aa…)))


Yanvar 29
Murad Kohneqala
hələ ki, yalnız sənin haqda düşünürəm...
"bilirəm, sənə lazım deyiləm,
ancaq istədiyin mənəm…"
bu statusda bizim münasibəti izah eləməyə çalışmışam...


Yanvar 29
Deniz
bəli, çalışmısınız…
ama, hələ də izah edə bilmirsiniz )))


Yanvar 29
Murad Kohneqala
ola bilsin əksidi:
"bilirəm, sənə lazımam, ancaq istədiyin mən deyiləm..."


Yanvar 29
Deniz
bəlkə də..............


Yanvar 29
Murad Kohneqala
indi düzəltdiyim cümləni də
status qoya bilərəm,
ama, əsas odu ki, sən oxudun...

əvvəllər romantik statuslar qoyanda
gənclərdən məni qınayanlar olurdu,
son vaxtlar başa düşdülər ki,
bu statuslar onlara da çox lazımdı...


Yanvar 29
Deniz
yadınızdadı, bir dəfə məndən
soruşdunuz ki, qızıl balıqdan nə istəyərdin?
mən də cavab vermişdim ki, heç nə,
ama, indi o şans mənə təkrar verilsəydi,
sizin yaşınızdakı rəqəmlərin
yerinin dəyişməsini istərdim...


Yanvar 29
Murad Kohneqala
çox sağol,
sən məni bu sözlərinlə xeyli cavanlaşdırdın,
həm də sənin tənhalığının səbəbini anladım...


Yanvar 29
Deniz
o zaman mənə də anladın,
bilim...


Yanvar 29
Murad Kohneqala
zatən, bunu özün də bilirsən...

sənə, bütün ömrün boyu səninlə yaşayacaq,
lakin heç vaxt bayağılaşmayan,
həmişə maraqlı olmağı bacaran,
gözlənilməz gözəlliklər yapan
birisi lazımdı...

səni sevə,
səndən ötəri hər dəfə dəli ola,
həm də ciddi ailə kişisi ola...

sənin o həyəcanlı tənhalığın
belə insanların azlığıdan yaranıb...


Yanvar 29
Deniz
o qədər gözəl və dəqiq
ifadə etdiniz ki, məni…
sanki, məni məndən daha yaxşı tanıyırsınız…
buna görədir ki, "mənə lazımsınız,
ama, istədiyim siz deyilsiniz…"


Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm