Yazarlar
Kəmər və bel
Yolların tıxac olan hissələri iş yerlərinə çevrilməkdə: belə yerlərdə maşınların arasıynan gəzərək dilənənlər, peraşki satanlar, şüşəsilənlər...
Bu tıxaclar düşünməkçün vaxt və material vermək baxımından da maraqlı.
Məsələn, maşınlardakı “bərkgedən”, bahalı nömrələrə baxıb düşünürsən: belə nömrələrə meylin kölə psixologiyasıyla hansısa əlaqəsi var.
Hə, qardaş canı, qladiatorların və dustaqların adı olmur, nömrəsi olur. Biz əsarətdə olduğumuz sovet əyyamının ev və maşın növbələrindən, o növbələrdəki sira nömrələrindən gəlmiş adamlarıq. Oğuz elinin baş kəsib, qan töküb ad qazandığı vaxtlar uzaq tarixdə qaldı. İndi keçəllərimizi adlardakı mənalar yox, nömrələrdəki cansız rəqəm kombinasiyarı cəlb eləməkdə.
Canımız nə vaxt qurtaracaq bu tıxaclardan? Nə vaxt qurtaracaq tıxaclara səbəb olan bu təmir-tikinti işləri, bu yol çəkilişləri, bu körpüsalmalar?
Gör indi nə deyirəm: nə qədər xoşniyyətli olsa da, daha bu abadlıq işlərini dayandırmaq lazım. İnsanlara əsəb sakitliyi vermək lazım.
Mən yaşda adamların taleyi qara gəldi. Ömrümüzün yarısı SSRİ-nin sökülməsinə, yarısı da Azərbaycanın tikilməsinə getdi. Onu anıb, sonu anıb dərd eləməkdəyəm: biz bu tikintisi qurtarmaq bilməyən Azərbaycanın içinə girməyə macal tapmayacağıq, elə çölündən köçüb gedəcəyik dünyadan.
Maşınlardan danışırdım axı... Təhlükəsizlik kəmərini bağlamamağa görə cərimə 40 manata qaldırıldı.
Qoy bir az uzaqdan gəlim: xalqımızın kəmərə qarşı münasibətində qəribə çalarlar. Söhbət heç ondan da getmir ki, buralarda yemək kəmərin altını bərkitmək üçün, kəmər isə külfəti çırpmaqdan ötrü.
Sovet ordusunda biz azərbaycanlıların komandirlər tərəfindən ən çox danlanılması da elə bu kəmər məsələsinə görə olub. Xidmət elədiyim hərbi hissədə azərbaycanli qəhrəmanlığının yeganə əlaməti kəməri boş bağlamaq idi.
Təcili mətləbə keçirəm. Taksiyə minəndə şahid olmuşam ki, sürücülərimiz kəmərlərini bağlamış vəziyyətdə tamam başqa mahiyyətdə görünürlər və özlərini də yaxşı mənada tamam başqa cür aparırlar.
Çox təsirli. Adam ətrafında qanunun heç olmasa bir elementinin işlədiyini görəndə gələcəyə inamı artır, cəmiyyətlə kontakta stimullaşır.
Ətrafda qayda-qanuna əməl olunmasını görmək can rahatlığı, könül xoşluğu. Sənə qurban olum, ay Allah, bu cəmiyyətə hər kəsin xeyir verməsi necə də asan imiş. Sadəcə öz təhlükəsizliyinçün kəməri bağlayırsan, vəssalam. Sən əziyyət tələb eləməyən bu hərəkətinlə bütün sistemi silkələyirsən, yatmış mexanizmi hərəkətə gətirirsən.
“Sivil” deyib həsəd apardığımız xalqların bizdən nəyi artıqdı axı... Bu “kəmərlər” sevgili həmvətənlərimizə hamıdan çox yaraşır.
Hələ mən doğma Azərbaycanımızın “gümüş kəmərin incə belə dar gəldiyi” xanımlığından, kəmərindən gümüş xəncər asılmış bəyliyindən danışmıram.
NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Biz əvvəllər tribunadan bir-birimizə “yoldaşlar” deyərdik, indi “cənablar” deyirik. Bəs adi həyatda ilk baxışdan bir-birimizçün kim idik və indi kimik? Kimik, ay QAQAŞ? Kimik, ay BRAT? Kimik, ƏMOĞLU? Kimik, ELLİ? kimik, ALƏ? Kimik, AYƏ? Kimik, ƏDƏ? Kimik, AĞSAQQAL? Kimik, AĞƏZ?
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































