Yazarlar
“Gedirəm” deyib dilənənlər
Aristokratiya meyl yaranıb, camaat televiziyadakı kimi
yaşayır. Bütlər nə çox. “İnəklərimiz” Hindistandakından da müqəddəs və etallon səviyyədədir.
Həyatın hissələrini dəyişmək dəb olub; fəhlə toya qalustukla və müdir zəhmi ilə gedir. Cəmiyyət müxtəlif yerlərdə təbəqələşməni aşır.
Çoxları öz həyatlarını özünə sığışdırmır. Çoxları öz həyatından
gizli-aşkar utanır. Mən nədən danışırdım?
– Qeybdən gələn səs: Dilənçilərdən.
– Hə, yadıma düşdü.
Deməli, qaraçı əxlaqı əl açmaq, yalvarmaq, daş qəlblərdə mərhəmət oyatmaqdır. Qaraçılıqda (qədim zamanlarda) kişi sındırılmırdı; kişi obraz kimi məğrurdu axı, ona görə də qadınlar dilənirdi. Cəmiyyət qadına kömək edərək gizli-aşkar elə bilirdi ki, bir ananı, bir qızı öz qəpik-quruşu ilə xilas edir. Qadına pul verən çox olur, çünki qadının ağız açmağına hörmət qoyan cəmiyyət var.
Kişinin dilənməsi ayıb sayılır. Cəmiyyət qadını kişi ilə qorumağa
məhkumdur, hətta dilənçilikdə belə. Bu günkü reallıq kişiləri
dilənməyə məcbur edib. Özü də əməlli-başlı. “Kişilər kişi kimi
dilənirlər”. İndi dilənçiliyi özünə sığışdırmayan kişilər peyd olub və
başlayıblar dilənməyə. Şəhərin müxtəlif tinlərində dayanıb adamı
yolundan eləyirlər:
– Qaqaş, bir dəqiqə olar sənə?
– Hə.
– Brat, bağışdaginən, amma bi dənə problem var. Deməli, pulumu
itirmişəm, mənə bircə manat ver, Sumqayıta gedim.
Dilənçilik səviyyəsinə enməyən bu QAQAŞ DİLƏNÇİLƏR özlərini elə
aparırlar ki, guya bunlar, öz təbirlərincə desək YAXŞI OĞLANDILAR.
Guya KİŞİNİN BAŞINA İŞ GƏLİB. Səndən, məndən bir manat qoparıb, üz
qoyurlar növbəti QAQAŞA.
Bunların üstünlüyü nədədir?
1. Guya dilənmirlər, sadəcə başlarına iş gəlib.
2. Əl açmırlar, sadəcə yaxşı oğlan cildində xahiş edib “brat”lardan
kömək istəyirlər.
3. Dilənmirlər, pulu alırlar.
4. Bunlar dilənçi yox, qaqaşdılar.
5. Qadınlardan pul ummurlar.
Cəmiyyət brendə o qədər meyllidir ki, vaxt-bivaxt nüfuza baş əyir.
Artistokratiyanı qorumağa çalışırlar ki, dilənçilik bunlara bab iş
deyil.
İşin maraqlı cəhəti ondadır ki, bunlar dilənib yaşamaq yox, dilənib
getmək istəyirlər. Hamısı da uzaq yerlərin adını çəkirlər ki, o yerə
40-50 qəpiyə getmək mümkün olmasın. Bunlar başqa dilənçilərdən fərqli olaraq, böyük dilənirlər. Onlar yığdıqları pulla (yəqin gündəlik 20-30 manat) Bakıdan gedə bilmirlər. Bakının pulsuzluqan dilənçiyə çevirdiyi adamlar pulla da Bakıdan xilas ola bilmirlər. Kasıblıq insanın
həbsxanasına çevrilir. Adamın lap ürəyi ağrıyır...
Publika.Az
-
İdman00:42Avropa Liqası: "Qarabağ"dan ikinci qol - YENİLƏNİR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial16 İyul 20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
Nəqliyyat16 İyul 20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial16 İyul 19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq




































