Şəklini mənə göndər - XII
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər - XII

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

http://previous.publika.az/?id=3488

XII yazı

Fevral 1

Deniz

mən artiq vəzifəmi yerinə yetirmişəm )))

Fevral 1

Murad Kohneqala

yox, hələ ağlım üstümdədi,

dozanı biraz artırmalısan... )))

Fevral 1

Deniz

mən 90 dərəcəli qradusla sizə

təsir etməyə çalışdım,

ama neynimki,

sizin bədəniniz artiq coxdan serxoşolma qabiliyyətini itirmişdi ))))

Fevral 1

Murad Kohneqala

mən artıq sənə vurulmuşam,

dəliliyim çoxmu vacibdi?..

Fevral 1

Deniz

siz gözünüzün içinə kimi yalan danışırsınız )))

(ifadəmə görə üzr istəyirəm)

Fevral 1

Murad Kohneqala

gözümün içinə heç baxmadın ki...

Fevral 1

Deniz

baxdim, siz hiss etmədiniz...

Fevral 1

Murad Kohneqala

yanımda olsaydın burnunu dişləyərdim... )))

dəliyəm axı...

Fevral 1

Deniz

dəli olmağınızı istəmirəm ))))

Fevral 1

Murad Kohneqala

demək, burnunu çox sevirsən... )))

Fevral 1

Deniz

bəli…)))

Fevral 1

Murad Kohneqala

nəsə, son vaxtlar cırnamırsan,

yeni taktika seçəsi olacam... )))

Fevral 1

Deniz

əbəsdi məncə…)))

Fevral 1

Murad Kohneqala

demək,

bütün bu yazışma boyu

təkcə mən səni sevdim,

sən məni heç sevmədin,

bunumu deyirsən?

belə istəyirsənsə, qoy, belə olsun...

Fevral 1

Deniz

yeni taktika həvəsiniz əbəsdi –

bunu demək istədim...

o ki, qaldı sevgiyə,

bu da, bir həvəsdi...

gecəniz xeyrə!

Fevral 1

Murad Kohneqala

hələlik!!!

gecən xeyrə!!!

çox gözəlsən!!!

səndən doya bilmirəm!!!

Fevral 1

Murad Kohneqala

bircə dənə söz yaz, sonra get... )))

Fevral 1

Murad Kohneqala

nə tez usandın?

bəs deyirdin, ay, belə gəncəm,

ay, belə yıxaram,

ay, belə kəsərəm?.. )))

Fevral 1

Murad Kohneqala

səhifənə baxırdım,

artıq dərisi soyulmuş nəsimidən yazırsan... )))

Fevral 1

Deniz

...

Fevral 1

Murad Kohneqala

necə deyirdi?

“ağlamayım neyləyim,

çün, gövdədən can ayrılır...”

öz iztirablarını gizlətmək üçün

qəzəli niyə dəyişmisən?.. )))

Fevral 1

Murad Kohneqala

ağzını skoçlayıbsan artıq? )))

gör, nə günə düşmüsən,

artıq özün öz ağzını skoçlayırsan... )))

Fevral 1

Murad Kohneqala

indicə nəfəsin kəsiləcək... )))

Fevral 1

Deniz

............

Fevral 1

Murad Kohneqala

sən suyun altına gir,

belə daha yaxşıdı... ))))

Fevral 1

Murad Kohneqala

gör, birtəhər cıra bilirsənmi skoçu?.. ))))

Fevral 1

Deniz

siz niyə özünüzə əl qatmısınız?.. )))

Fevral 1

Murad Kohneqala

necə əl qatmayım?

gözümün qabağında boğulurdun... )))

səni danışdırmaqdan ötəri ölürəm…)))

Fevral 1

Deniz

hiss olunur…)))

Fevral 1

Murad Kohneqala

sən canın məni sev,

noolar?.. )))

heç olmasa, desinlər, azərbaycanda da

belə bir hadisə olub... )))

Fevral 2

Murad Kohneqala

ey gözəl dəniz xanım!

nə gözəl adın var!!!

dəniz!!!

Fevral 2

Murad Kohneqala

məsələn, belə çağırırsan:

DƏNİİİİİİİİİİİİİİİİİİİİZ!!!!!!!!!!!!!

Fevral 2

Murad Kohneqala

indicə ordan çıxıb deyəcək:

qulağım batdı, nədi?.. ))))))))

Fevral 2

Deniz

nədi, yox ee,

nə vaaaar?.. ))))))

Fevral 2

Murad Kohneqala

sən dediyin daha mərifətlidi... )))

Fevral 2

Deniz

....

Fevral 2

Murad Kohneqala

getmək istəyirsən?

Fevral 2

Deniz

mən çoxdan getmişəm...

Fevral 2

Murad Kohneqala

geri qayıt...

Fevral 2

Deniz

artıq çox gec...)

Fevral 2

Murad Kohneqala

onda dayan,

mən sənin yanına gəlim... )))

Fevral 2

Deniz

çox uzaqdayam ))

Fevral 2

Murad Kohneqala

onda, biraz dayan baxım...

Fevral 2

Deniz

dayandım...)))

Fevral 2

Murad Kohneqala

çox gözəlsən!

öz aramızdı,

səni üç gün dəli kimi sevdim...

bütün günü beynimi məşğul elədin,

səndən ötəri dəhşət darıxdım...

hiss eləyirdim ki, o günləri

sən də çətin keçirdirsən...

Fevral 2

Murad Kohneqala

bəs, sən niyə boynuna almırsan?..

Fevral 2

Deniz

eləmədiyim cinayəti

niyə boynuma alım, axı?..

Fevral 2

Murad Kohneqala

mənimki də cinayət sayılır?..

Fevral 2

Deniz

bəli…)))

Fevral 2

Murad Kohneqala

onda mən davam eləyəcəm...

Fevral 2

Deniz

suç işlətməkdən xoşunuz gəlir...?

Fevral 2

Murad Kohneqala

əminəm ki,

səni görənlər məni qınamaz...

Fevral 2

Deniz

bəlkə də...)))

Fevral 2

Murad Kohneqala

çox mənalı xanımsan,

tanrı bilər,

hansı qədirbilməzə qismət olacaqsan...

Fevral 2

Deniz

təşəkkür edirəm...

Fevral 2

Murad Kohneqala

səni çox sevdim...

zaman çox qəddardı...

Fevral 2

Deniz

zamanı günahlandırmayın,

o, sadəcə, öz vəzifəsini yerinə yetirir...

Fevral 2

Murad Kohneqala

hə,

bu, elə bir qanundu ki,

istəməsən də özü səni xəbərsiz aparır...

Fevral 2

Deniz

elədi...

biz hiss etmədən...

Fevral 2

Murad Kohneqala

belə yazmağıma baxma,

çox da kədərli deyiləm... )))

Fevral 2

Deniz

mən bunu bilirəm...

Fevral 2

Murad Kohneqala

səni onçün sevirəm... )))

Fevral 2

Deniz

ola bilər...

bəlkə də yox…)))

Fevral 2

Murad Kohneqala

əyləş, "5" alırsan!.. ))))))

Fevral 2

Deniz

mənim kəsirim yox, zaten )))

Fevral 2

Murad Kohneqala

mən necə məlliməm? )))

mənə neçə verərdin? )))

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm