Yazarlar
Çingiz Abdullayev: “Hər gün ən azı, 3-4 qız mənimlə şəkil çəkdirir“
“Üç kitabımı qadın adından yazmışam. Çoxları deyirdi, ola bilməz bu katibaları sən yazmış olasan, çünki orada qadın duyğularından danışılır. Qadın bir sivilizasiyadır. Mənə gələn məktubların əksəriyyəti də onlar tərəfindədir. Elə gün olur ki, ən azı 3-4 qız Yazıçılar İttifaqına gəlib mənimlə şəkil çəkdirir. Bakıda ən azı 50 min şəklim var". Publika.Az-ın məlumatına görə, bu sözləri tanınmış Azərbaycan yazıçısı Çingiz Abdullayev deyib.
Yazıçı başına gələn maraqlı əhvalatdan da danışıb.
"Bir dəfə Sankt-Peterburqa getmişdik. Anar, Mansur Vəkilov, Fərhad
Bədəlbəyli də bizimlə idi. Restoranda nahar edirdik. Qonşu
stolların birində 30-35 yaşlı gözəl bir qadın əyləşdi. İnandırım
sizə ki, qadının gözəlliyi qarşısında hamımız mat vəziyyətdə idik,
heç kim yemək yemirdi. Axırda Fərhad Bədəlbəyli ayağa qalxdı ki,
heç olmasa adını bilək də bu xanımın. Yaxınlaşdı və aralarında olan
qısa dialoq zamanı bəlli oldu ki, xanım yarı moldoviyalı, yarı
ukraynalı, yarı polyak, yarı yəhudidir. Fərhad bəy də tanışlıq
verib ki, biz də Azərbaycandan gəlmişik. Gözəl xanım məmnunluğunu
bildirib və deyib ki, “mənim ən sevdiyim yazıçı Çingiz
Abdullayevdir. Yəqin onu tanıyırsınız?” Fərhad sonra gəlib mənə
dedi ki, “ömrümdə ilk dəfə fikirləşdim ki, nəyə görə sənin kimi
keçəl deyiləm. Yoxsa özümü Çingiz Abdullayev kimi təqdim
edərdim”.
Səltənət
Publika.Az
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA



































.jpg)
