Yazarlar
Qeyri-adi ədəbi faktlar
Dostoyevskinin Peterburqa real gəzintisi “Cinayət və Cəza” romanında necə öz əksini tapdı?
Dostoyevski Peterburqun real məkanlarını özünün məşhur “Cinayət və cəza” romanında geniş şəkildə işıqlandırıb. Yazıçının təsvirləri o qədər dəqiqdir ki, Raskolnikovun əşyaları gizlətdiyi həyətin təsviri, oğurlanmış şeylərin sələmçi qadına verilməsi və bütün digər səhnələr oxucunun gözünün önündə reallıqda olduğu şəkildə canlanır.
Ağ səhifələrdən ibarət konseptual kitab
“Kimsəsiz adaya düşsəniz, hansı beş kitabı özünüzlə götürərdiniz?” sualına Bernard Şou belə cavab verib: “Yazılmamış səhifələrdən ibarət olan beş kitabı özümlə götürərdim”.
Bu konspepsiya ilk dəfə 1974-cü ildə “Harmony Books” Amerika nəşriyyatı tərəfindən reallaşdırılıb. “Yazılmamış kitab” adı altında nəşr edilən kitab istisna olaraq 192 boş səhifədən ibarətmiş. Bu nəşrlərin öz alıcıları olub.
Aleksandr Dümanın hansı ədəbi qəhrəmanı qonorarın artırılması haqqında düşünüb?
Aleksandr Dümanın “Üç müşketyor” romanını ilk əvvəl qəzet üçün, serial formatında yazıb. Naşirlə müqavilədə bildirilirdi ki, müəllifə sətir hesabı qonorar veriləcək. Qonorarın artırılması məqsədi ilə Düma əsərə yeni qəhrəman – Atosun qulluqçununu daxil edir – Qrimo bütün suallara qısa cavablar verir, bu cavablar adətən “hə” və “yox”dan ibarət olur.
Əsərin davamı olan “İyirmi il sonra” adlı kitabda isə artıq qonorar sözhesabı verilridi və müvafiq olaraq, Qrimo da əvvəlkinə nisbətən “çoxdanışan olmuşdu”.
Erkək qəhrəman necə “dişi oldu”?
“Cəngəllik kitabı”nın əsl variantında Baqira kişi obrazı olaraq verilib. Rus tərcüməçiləri Baqiranın cinsini dəyişiblər, çünki rus dilində “pantera” sözü qadın cinsinə aiddir. Bu cür qeyri-adilik Kiplinqin başqa bir əsərindəki personajda da özünü göstərir. “Öz-özünə gəzən pişik” əsərinin rus dilinə tərcüməsində də bəzi obrazların cinsləri dəyişdirilib.
Oğuz Ayvaz
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi




























.jpg)









