Yazarlar
“Getmək istəyirsən, bəhanəsiz get” - Nüsrət Kəsəmənlinin ad günüdür
Olan olub, keçən keçib, bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox…
Şeirdən anlayanlar göydə tutdular ki, söhbət sevilən şair Nüsrət Kəsəmənlidən gedir. Bəli, bu gün şairin doğum günüdür. Sağ olsaydı, bir məclis düzənləyərdi, dostlarını başına yığıb doğum gününün dadını çıxarardı. Təbə gəlib, şeirlərini özünəməxsus şirinliklə söyləyərdi. Hər kəs də bu həzin misraların təsiri altında ruhunu təzələyər, arınar, paklanardı. Amma biz bu gün onu onsuz anacağıq. Elə öz şeirləri ilə…
Nüsrət Kəsəmənli bəxtəvər şairlərdəndir. Ona görə ki, kitabları əl-əl gəzib, şeirləri dillər əzbəridir. Yadımdadır ki, şerin-şeiriyyatın urvatlı vaxtlarında Nüsrət Kəsəmənlinin kitabları əl-əl gəzməkdən cırılırdı. Kitab mağazaya çatmamış alıcısı başının üstünü aldırırdı. Sevənlərin and yeri idi Nüsrət Kəsəmənli. Şeirləri sevgi məktublarının bəzəyi idi.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun, barı.
Həyat yolu o qədər də hamar olmayan şairin şeirlərinin bu qədər duyğusal olması da təsadüfü deyil. Axı insanın keçdiyi ömür yolu onun yaradıcılığına da hopur.
Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
Nüsrət Kəsəmənli bədii yaradıcılığa 60-cı illərin əvvəllərindən başlayıb. 150-dək şerinə musiqi bəstələnib.
Sevilən şair 2003-cü il oktyabrın 17-də dünyasını dəyişib.
Cəvahir
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.jpg)



.png)




















