Yazarlar
Zəlimxan Yaqub ad günündə qonaqlıq boyun oldu - ÖZƏL
Xalq şairi Zəlimxan Yaqubun ad günüdür. Şairlərin yaşı olmur, heç biz də ondan ömrünun neçənci baharını yaşadığını soruşmadıq.
Publika.az-a doğum günü təəssüratlarını paylaşan şair özü də ruhunun cavan olduğunu və yaş üstə gələn yaşın onun üçün heç bir önəm daşımadığını bildirdi:
“Maşallah, özümü gümrah hiss edirəm, xəstəlik heç vaxt mənə güc gələ bilməz. Zəlimxanın ruhu, yaradıcılığı, qəddi-qaməti öz yerindədir. Əlimdən qələmim düşmür. Bu səhər Qazaxdan sevilən dostum Barat Vüsal zəng eləyib mənə bir şeir hədiyyə etdi. “Zəlimxan, səsin ucadan gəlsin” adlı şeir məni göylərə qaldırdı”.
Şair ən böyük arzusunu da söylədi: “Allahdan bircə arzum var, o da can sağlığıdır. Başqa heç nə istəmirəm. Çünki can sağlığından başqa heç nəyə ehtiyacım yoxdur”.
Bəs ilk hədiyyəni kimdən aldınız?
Şairin cavabı belə oldu: “Ən böyük hədiyyəm nəvələrimdir. Onlar mənim həyatıma nur saçır, məni yaşamağa ruhlandırır. Bir də, məni yaşadan xalqımdır. Siz ki məni belə ürəkaçıqlığı ilə təbrik edib, xoş sözlər söyləyirsiniz, hamınızı bağrıma basıb öpürəm”.
Ad günündə yeni şeirlərin də doğulacağını vəd edən səbəbkar hələ ki doğum gününün sevincini yaşayır. Onu da öyrəndik ki, şair doğum gününü ailəsinin, dostlarının əhatəsində keçirəcək: “Söz vermişəm, dostlara bir qonaqlıq verəcəm”.
Şairi təbrik edir, ona Allahdan can sağlığı arzulayırıq.
Cəvahir Səlimqızı
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev













.jpg)

























.jpg)

