Yazarlar
Vaqif Səmədoğlu dəfn olunur - YENİLƏNİR - FOTOLAR
Hazırda Xalq şairi Vaqif Səmədoğlu dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılır.
Vida mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar İttifaqının sədri Anar çıxış edərək şairlə bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra şairin cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılır.
****
“Allah, məni yarı öldür, yarı saxla ağlamağa…”
Bu gün xalq şairi Vaqif Səmədoğlunun yoxluğuna təkcə yarı Nüşabə xanım deyil, bütün sevənləri ağlayır. Akademik Milli Dram Teatrına şairlə son dəfə görüşə gələnlərin ardı-arası kəsilmir.
Vida mərasiminə gələnlər sırasında millət vəkili Fəttah Heydərov, gənclər və idman naziri Azad Rəhimov, rejissor Oqtay Mirqasımov, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Cavanşir Quliyev, xalq artisti Fuad Poladov və başqaları da var.
Millət vəkili, şair Sabir Rüstəmxanlı şairlə bağlı xatirələrini Publika.az-la paylaşır:
Vaqif sevgi dolu insan idi. Onun qədər həyatı sevən ikinci bir adam tanımıram. Oturuşunda-duruşunda nə qədər ciddi olsa da, daxilən o qədər yumoru sevən, zarafatcıl bir insan idi. Ömrünün son günlərində tez-tez ölümdən danışırdı, ağrısını-acısını dilə gətirirdi. Bu da təbii idi, çünki ağır xəstəliyə düçar olmuşdu. Onunla sonnucu dəfə təyyarədə qarşılaşmışdıq. O, müalicəyə gedirdi. Dedi ki, Sabir, çox ağrıyıram. Mən də ona təsəlli verdim. Əslində, ölümdən qorxan adam deyildi. Çünkü ölümsüzlüyünü hamıdan gözəl bilirdi. Elə buna görə də ölümdən çox danışırdı, çox yazırdı.
Son yüzilin ən fərqli düşüncələrini özündə birləşdirən adam idi Vaqif. Milliyyətçi idi və əsl vətənpərvər idi. Səməd Vurğunun yadigarını və ədəbiyyatımızda böyük bir söz adamını bu gün itirdik. Əslində, fiziki mənada itirdik, Vaqif hər zaman bizimlədir.
Yazıçı Seyran Səxavət Vaqif Səmədoğlunu göz yaşları içində xatırladı: "Daha mən Vaqifi məclislərdə görməyəcəyəm, bir də bizimlə birgə tost deməyəcək, danışıb-gülüb, yumorları ilə bizi güldürməyəcək. Amma Vaqif həmişə yanımızda olacaq. Əlbəttə, gözəl ruhu ilə. Vaqif ədəbiyyatda böyük insan idi. Vaqif sağlığında sevgi qazanan və adını əbədiyyətə yazan adam idi. Onun bütün yazıları özünə oxşayır. Hamısı təbii, səmimidir, özüdür. Bayatılarımıza bənzəyir onun şeirləri, sanki saf bir su damlasıdır. Vaqif yenə yaşayacaq, yenə danışacaq, yenə ürəkləri fəth edəcək. Məni incidən onun həm də fiziki yoxluğudur. Bu yoxluq məni çox göynədir. Xəstə vaxtlarında onunla görüşmək istədim, amma alınmadı. Əslində bu görüş məni çox incidəcəkdi, çünki Vaqifi o vəziyyətdə görmək mənə asan olmayacaqdı".
Bəstəkar Cavanşir Quliyev Vaqif Səmədoğlunun timsalında həm böyük ədəbiyyat adamını, həm də yaxın dostunu itirdiyini deyir: "Vaqiflə dost idik. Onunla birgə əməkdaşlığımız da çox olub. Keçən il onun "Generalın sonu" pyesinə bir musiqi bəstələdim. Yeni bir şeirinə musiqi yazdım. Ömrü bir az da uzun ola bilərdi. Çünki həkimlər hələ onun bir neçə il də yaşayacağını demişdilər. Özü ərköyünlük etdi. Bu da tale işidir, əcəl gələndə heç kimlə hesablaşmır. Vaqif əsl dost idi, gözəl insan idi. O qədər xatirələrimiz var ki… Çətindir, çox çətindir. Mən onun ölüm xəbərini eşidəndə inanmadım".
Xanəndə Canəli Əkbərov deyir ki, Vaqif Səmədoğlunun timsalında böyük ədəbiyyat adamını itirdik: "Səməd Vurğunun yadigarını bu gün son mənzilə yola salacağıq. Vaqif Səmədoğlu ədəbiyyatımızda sonuncu mogikanlardan idi. Bu ağrını hələ uzun müddət unuda bilməyəcəyik. Amma təsəllimiz də var ki, onun poeziyası əsrlər boyu yaşayacaq.
Cəvahir Səlimqızı
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə17 İyun 14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO













.jpg)




.jpg)




















