Yazarlar
Sevinc Çılğının hekayələr kitabı işıq üzü gördü
Yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb.
Kitaba müəllifin 13 hekayəsi daxil edilib.
Müəllif kitabını oxuculara belə təqdim edir: "YUMURTA" – nəsr
yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…"
Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub, "Cift" və
"Döl" adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq
yazarın ilkin və sonrakı hekayələri toplanıb.
Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa
da, qəhrəmanları əsasən qadınlardır.
Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz
hekayələrinə görə, "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin
qaliblərindən biri seçilib.
"Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk
kitabında yazarın şeirləri toplanmışdı.
Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu
barədə oxuculara əlavə məlumat veriləcək.
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















