Yazarlar
Musa Yaqub: “Həkimlər dərdimə çarə tapa bilmir”
“Bu dünyanın qara daşı”nın heç vaxt göyərməyəcəyinə inanan, “O əllər mənimki olmayacaqsa, öyrətmə özünü, öyrətmə mənə” deyərək, insanlara öyrəşib yanmaqdan qorxan sevilən şair Musa Yaqubun səhhətində problemlər yaranıb. Ev şəraitində müalicə alan şair Publika.az-a danışıb.
- Necəsiniz şair? Eşitdik naxoşlamısınız, olmasın azar.
- Hə, üstünüzə sağlıq, halım o hal deyil. Çox taqətsizəm, yerimdən durub addım ata bilmirəm. Qızdırmam da yoxdur, amma çox halsızam. Düzdür, neçə vaxtdır, işə çıxmıram. Amma heç olmasa, bir həftə bundan qabaq həyətə düşürdüm, gəzib-dolanırdım. İndi vəziyyətim çox pisləşib.
- Bəs həkimlər nə deyir?
- Heç nə, gəlib baxırlar, müalicə yazıb gedirlər. Gah sistem
qoşurlar, gah da iynə vururlar. Dərdimə dərman tapan
yoxdur.
- Diaqnozunuz nədir?
- Heç bilirəm ki. Dərdimə çarə tapa bilmirlər. Heç nə demirlər,
özləri də bilmir dərdimi.
- Bəlkə, Türkiyəyə, İrana gedəsiniz?
- Türkiyədə Anadolu Xəstəxanasında ağır əməliyyat olundum.
Böyrəyimdə daş vardı, onu çıxardılar. İndi də deyirlər çıxarılan
daşın yerində fəsadlar yaranıb. O əməliyyatdan sağ çıxdım e, amma
indi səhhətim yaxşı deyil. Xəstəxanada da yata bilmirəm, elə evdə
müalicə olunuram.
- Heç Yazıçılar Birliyindən zəng edənlər, sizə baş çəkənlər olur?
- Bir-iki dəfə zəng edib maraqlanıblar. Onlar neyləsin e bu
xəstəliyə.
- Dostlar necə, gəlib-gedirlər?
- Əvvəllər çox gəlib-gedirdilər, getdikcə dostlar da seyrəlir.
Elə ara-sıra zəng edirlər, əhvalımı soruşurlar, vəssalam.
- Yüz faiz əminəm ki, qələm əlinizdən düşməyib.
- Sözün düzü, yorulmuşam, xəstəlik məni həvəsdən salıb. Elə olur
ki, günlərlə yazı-pozu barədə düşünmürəm. Amma hərdən yazıram. Bu
yaxınlarda “Aydın yol” qəzetində silsilə şeirlərim çıxdı. Bu
xəstəlik canımdan çıxsa, təbim də özümə qayıdar. A qızım, can elə
şeydir ki, ağrıyanda qələm də yadından çıxır.
- Bəs evdə sıxılmırsınız?
- Çox darıxıram. Çöl-bayır adamı olmuşam həmişə, evə sığışmıram. Amma neyləyim, canım ağrıyır. Yenə sağ olun ki, məni yada salırsınız, könlümü alırsınız, yoxsa, lap ürəyim partlayar...
Cəvahir
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















