Yazarlar
“AŞK BAŞKA...”
Türkiyədə Azərbaycanlı deputatın şeirlər kitabı çıxıb
Qənirə Paşayevanın Türkiyə türkcəsində, nəfis tərtibatla işıq üzü görən kitabı “AŞK BAŞKA...” adlanır.
Qənirə Paşayevanın “Astana Yayınları” tərəfindən nəşr edilən kitabında toplanmış seçmə şeirlərini, qardaş ölkənin imzası Azərbaycan oxucusuna da yaxşı tanış olan ədiblərindən İmdat Avşar Türkiyə türkcəsinə uyğunlaşdırıb. Kitabın redaktorluğu (və yayın yönətmənliyi) isə Türkiyənin ustad şairlərindən Camal Safiyə aiddir. Kitabda xanım Paşayevanın müxtəlif vaxtlarda yazdığı və fərqli nəşrlərdə öz əksini tapan şeirləri verilib. Kitabda ana xətti, sözün hər anlamında böyük hərflə başlayan Eşq təşkil edir – Vətən Eşqi, Yaradan və yaradılana Eşq!..
“Önsöz”ü də ustad Camal Safiyə aid olan kitab, öz nəfis poliqrafiyası ilə də diqqəti cəlb edir.
“Qənirə Paşayeva və Türk Ədəbiyyatı” adlanan “Önsöz”də C.Safi yazır: “...O anda sanki ilk dəfə önsöz yazacaqmış kimi oldum. Oysa, ən azı otuz ildir gənc şairlərin çıxardıqları şeir kitablarına, onları təşviq üçün önsözlər yazmışam. Fəqət, əfəndim, şairə Qənirə Paşayevaya gəlincə, iş xeyli düşündürücü və müşkül... Haradan başlasam, əcaba? Hansı məziyyətindən, hansı hünərindən bəhs etsəm? O fəzilət ərbabı bir insanı tərif etməkdən də çox ötələrdə bir sənətkar, siyasət və fikir insanı... Əcdadına, Vətəninə, bayrağına, böyüyünə bu qədər sayğılı, bu qədər duyarlı və sadiq bir insan tanımadım, deyə bilərəm. Bilgi baxımından yaşına görə nadir rastlanacaq bir beyinə sahibdir. Duyğu baxımından məndən ötəydi və bu vəsiflərin yanında çox qonaqpərvər, çox comərd, çox nazik bir xanıməfəndi...
Şeirlərinə gəlincə, vəzinli və qafiyəli yazdığı zaman türkcəmizi, daha xoş, daha ahəngli və anlamlı qılmaqdadır. Dilimiz, heca vəzni şeir üçün dünyanın ən gözəl dillərindən biridir. Duyğuları türkcənin söz xəzinəsini aşırdı. Orxan Gəncəbay məni “yaşayan əfsanə” adlandırmışdı. Mən bu ünvanımın Qənirə Paşayeva xanıməfəndiyə daha çox yaraşacağına inanıram.
Məndən bu kitabında önzsöz yazmamı istədiyi üçün ona şükranlarımı yetirdim. İltifat və şərəf duyduğumu bildirdim. Bu kitabı oxuyanlar mübaliğə etmədiyimi anlayıb, mənə haqq verəcəklər.
İlhamın bol olsun, müstəsna dost! Safi sevgilərimlə gözəl gözlərindən öpürəm. Və bu iki “dörtlüy”ü də sənə ərmağan etməkdən qürur duyuram...”
(“Dördlük”ləri orijinal halı ilə təqdim edirik)
Mona Lisa’nın Pabucu
Nutkuna sığmazsın hiçbir lisanın,
Yazamaz şair-i azamlar seni.
Pabucu damdaydı Mona Lisa’nın,
Keşfedebilseydi ressamlar seni!
Tanrı’nın Adaleti
Sen olmazdın Tanrı’nın adaleti şaşmasa,
Seni tarif mümkündü lisanları aşmasa,
Daha binlerce güzel yaratırdı sıradan
Seni yaratıyorken bu kadar uğraşmasa!
Kitabda İmdat Avşarın müəllif və onun şeirləri ilə bağlı düşüncələri də öz əksini tapıb.
Qeyd edək ki, Qənirə Paşayevanın sözügedən kitabı bu il mart ayının 8-dən Türkiyənin kitab satış mərkəzlərində satışda olacaq. Həmçinin martın əvvəllərində qardaş ölkədə kitabın imza törəni və tanıtımı da həyata keçiriləcəkdir.
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!
-
Magazin122 May 21:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya22 May 20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az22 May 19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil22 May 18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial22 May 16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya22 May 15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya22 May 14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır













.jpg)
.jpg)
























