Yazarlar
Gənc yazıçılara 10 tövsiyə
Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib. “Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb. 1929-cu ildə işıq üzü görən “Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib. Axar.az dahi yazıçının oxucularına tövsiyə etdiyi 10 məsləhəti təqdim edir:
1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın.
2. Bir yazıçının əsas amalı bacardıqca öz şüurunu zahirə əks etdirməsidir.
3. Yazmaq – yalnız özün oxuyacaqsansa belə, yaxşı vərdişdir.
4. Yazmaq vərdişlərinə yiyələnmək üçün mütləq gündəlik tutun.
5. Hər gün yazın, müstəqil yazın.
6. Yazmağı heç vaxt ertələməyin.
7. Bir adamın digərinə oxumaqla verdiyi bircə məsləhət ola bilər – tövsiyələrə qulaq asmamaq.
8. Yazmaq istədiyinizi yazdığınız təqdirdə heç bir problem yoxdur.
9. Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların fikirlərini önəmsəməyə başlayarsınız.
10. Hər cümlə öz daxilində mütləq bir qığılcım yaşatmalıdır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















