Yazarlar
Lənətlənmiş roman
Mixail Bulqakovun “Master və Marqarita” romanı ətrafında gəzən söz-söhbət bitmir.
Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir.
Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur:
“Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.
Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına
acımamaq olmur.
Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb.
1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü.
1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı.
Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ
institutda oxuyarkən “Master və Marqarita” əsərindən diplom işi
kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı
dünyasını dəyişdi.
Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə
də “Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif
alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt
ərzində aktyorun atası və anası dünyasını dəyişir.
Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı
ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film
ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz
aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov,
Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər.
Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim
Şekspirin “Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri
ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların
hamısının həyatında faciəli hadisələr baş verib.
İlqar Atabəyli
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















