Yazarlar
Sən də getmə...
Sən də getmə sevgilim! Mənim də tanrım gözəllik və sevgidir. Mənim də aldığım hər nəfəs gözəlin, sevgilinin hədiyyəsidir. Sən də get – deyərdim.Üzməzdim səni, inan ki, belə edərdim. Ancaq sən getsən , səninlə çox şeylər gedəcək bilirəm.
Dünyada hər zaman sevgi və şəhvətin savaşı gedib. Şəhvət, ehtiras, kin, nifrət şeytanın və şeytanlaşmış ruhların silahı, sevgi isə Allahın və onu sevənlərin. Qabil və Habil kimi və onların nağılı kimi. Sən getsən, ruhumdakı şeytan qalib gələr sevgimə, ümidlərimə... Yaşayaram, ancaq bir ağac kimi. Yarpaqlarım olar bəlkə də yaşıl, sarı, payızları da qırmızı rəngdə. Hər küləklə baş əyərəm ayaqlarının dəydiyi torpağa, daşa.
Sənsiz bir quş yuva qurmaz, məsələn, yarpaqlarımın arasında. Sənsiz baş əyərkən torpağa, məsələn balaca bir qızın oyuncaq topu toxunmaz, oyatmaz məni yuxudan.
Sən də getmə. Getmə, sevgilim. Bax, indi fevralın son nəfəsində bahar havası duyulur. Bahar gəlir, sevgilim. Bu baharda güllərimiz açsın. Mən neçə baharı öldürdüm göz yaşlarımda. Göz yaşlarım bitdi, növbə gözlərimdədir. Gözlərimə qıyma, gözlərim bir ömür sənin üçün baxsın, sənə baxsın. Gözlərim gözlərinə sevgi olub axsın, sevgilim.
Sən də getmə. Yox, yox, bu dəfə getmə deməycəm. Bu dəfə qoy mən aldadım ürəyimi. Deyəcəm ki, sənə “get”. Sən də get. Gedişinə bir şeir belə yazmayacam. Bir şeiri daha ürəyimdən qoparmayacam. Bilmirdim, bilirəm indi. Yaşaya bilməzsən yaşadığım xəyallarda, yaşadığım dağlarda. Get, şeytan qalib gəlsin daha bir qəlbə. Şeytan gülsün, şeytanın qəhqələrində boğulum, unudum səni. Mən başdan ayağa duyğuyam, mən əvvəldən sonacan şeirəm, sevgilim. Bir gün kövrəlsən, incitsə səni “ayaq izlərin”, düşünərsən məni. Yaddaşını yoxlayarsan, qalsam yadında, baharda açan ilk gülə söylərsən məni. Mən sən olmuşam, mən sənəm, sevgilim.
İndi qal demirəm. Get, get sevgilim, ancaq gedərkən yol kənarında bir köhnə məzarlığa atarsan məni.
Tural Sahab
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto

































.jpg)


.jpg)
