Yazarlar
Gənc yazarlar üçün müsabiqə
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc qələm sahibləri" adlı layihənin icrasına başlanılıb.
Layihənin məqsədi yaradıcı və istedadlı gənclərə dəstək olmaq, onları düzgün istiqamətləndirmək, təbliğinə və tanıdılmasına nail olmaqdır. Belə ki, layihə çərçivəsində müxtəlif obyektiv və subyektiv səbəblərdən əsərlərini çap etdirə bilməyən gənc yazarların şeir, esse, hekayə və tərcümələrindən ibarət antologiya dərc olunacaq.
Öz əsərlərinin dərc olunmasını istəyən gənc yazarlar tərcümeyi-hal, fotoşəkil və ən yaxşı əsərlərindən bir neçəsini [email protected] elektron ünvanına göndərməlidir. Sonra bu əsərlər ədəbi janrlarına uyğun olaraq bölüşdürüləcək.
Münsiflərin seçdiyi əsərlərin müəlliflərinin adları mətbuat və sosial şəbəkələr vasitəsi ilə də elan olunacaq. Hər müəllifin bir və ya bir neçə əsəri çap olunacaq kitab üçün toplanacaq. Həmçinin seçilmiş əsərlərin bir qismi müxtəlif qəzet və jurnallarda, o cümlədən internet portallarında dərc olunacaq.
Antologiya hazır olduqdan sonra bütün gənc müəlliflərin, mətbuat və QHT nümayəndələrinin iştirakı ilə Bakı şəhərində geniş təqdimat mərasimi keçiriləcək. 1000 tirajla çap olunacaq olan topluda 50-yə yaxın gənc yazarın əsərinə yer verilməsi nəzərdə tutulub.
Layihə üçün müraciət edən hər bir müəllif (29 yaşınadək) aşağıda göstərilən tələblərə cavab verməklə öz mətnlərini ( şeir, hekayə, esse və tərcümə) 28 fevral saat 18:00-dək [email protected] ünvanına göndərməlidir. Hər bir müəllif iki iş göndərə bilər.
Bakupost.az
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















