Yazarlar
“Əli bəy Hüseynzadə” kitabı nəşr olunub
Azər Turanın böyük ideoloq, ədib, şair, rəssam, naşir, riyaziyyatçı, professor Əli bəy Hüseynzadənin həyat və yaradıcılıq yoluna həsr olunmuş “Əli bəy Hüseynzadə” adlı fundamental monoqrafiyası nəşr olunub. Monoqrafiya indiyə qədər elmi ictimaiyyətə məlum olmayan yeni faktlarla zəngindir.
Kitabda “türkləşmək, islamlaşmaq, müasirləşmək” triadasının müəllifi, türkçülüyün qurucusu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının, Azərbaycan rəssamlığında dəzgah boyakarlığının banisi, “Həyat”qəzetinin, “Füyuzat” məcmuəsinin baş redaktoru, Türkiyədə “İttihad və Tərəqqi” Partiyasının, “Türk ocaqları”, “Türk Yurdu”, dərnəklərinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadənin bənzərsiz şəxsiyyəti və elmi-ədəbi irsi tədqiqata cəlb olunur, dahi mütəfəkkirin həyat, yaradıcılıq və mübarizə yoluna nəzər salınır.
“Əli bəy Hüseynzadə” kitabında 1905-ci ildə Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim olunmuş tələbnamənin – petisiyanın tam mətni verilib, 1915-ci ildə yaradılmış “Turan Heyəti”nin tarixi fəaliyyəti geniş tədqiq olunub.
600 səhifəlik kiitabda Əli bəy Hüseynzadənin milli məfkurə uğrunda mübarizə dolu ömür yolu arxiv materiallarına istinadən araşdırılıb, indiyə qədər Hüseynzadə ilə bağlı yazılmış bütün qaynaqlar gözdən keçirilib. Eyni zamanda, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla ətraflı söhbət, Əli bəyin nəsil şəcərəsi barədə materiallar, Hüseynzadənin babaları – Qafqaz şeyxülislamları Axund Məhəmmədəli Hüseynzadə, Axund Əhməd Hüseynzadə, eləcə də yaxın qohumu və ilk müəllimi şeyxülislam Əbdüssalam Axundzadə barədə geniş materiallar və türk rəssamlığında abstraksionizmin banilərindən olan oğlu Səlim Turan haqqında yazı verilib.
Oxucular bu kitabda Əli bəy Hüseynzadənin heç yerdə çap olunmamış çoxsaylı fotoları, bütün rəsm əsərləriylə də tanış olmaq imkanı əldə edəcəklər.
Böyük mütəfəkkirin 150 illiyinə həsr olunmuş kitabının məsləhətçisi Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar, elmi redaktoru Ege Universitetinin professoru Yavuz Akpınardır.
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
Ekologiya10:36Qubaya güclü qar yağdı - VİDEO
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz















.jpg)





















.jpg)

