Yazarlar
Anar: "Əkrəm Əylisli "Nobel"i yuxusunda görər"
Ermənistanda ilin ən çox oxunan kitabları siyahısında Əkrəm Əylisinin “Daş yuxular”-ı da yer alıb. 21 fevral İrəvanda “Armenpress” informasiya agentliyinin “Ən çox satılan kitab siyahısı”-ın təqdimatı keçirilib.Agentlikdən verilən məlumata əsasən erməni xalqının ən çox oxuduğu kitablar siyahısına Nobel mükafatı müsabiqəsinə irəli sürülmüş Varujan Voskanyanın “Pıçıltılar kitabı” ilə yanaşı azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” kitabı da olub.Azərbaycanlı yazıçı Əkrəm Əylisinin “Daş yuxular” kitabı “İlin ən çox satılan xarici kitabı” nominasiyasının qalibi olub.Bədnam qonşular ölkəmizin əleyhinə işləyən bu əsərə görə Əkrəm Əylislini Nobel mükafatına namizəd göstərmək fikrindədirlər.
“Xeberdar.az” saytının əməkdaşı məsələyə münasibətini öyrənmək üçün AYB –nin sədri Anar Rzayevlə əlaqə saxlayıb. Xalq yazıçısı saytımıza açıqlamasında Əkrəm Əylislinin Nobel mükafatı alması üçün onun dünyada tanınmadığını, əsərinin də lazımsız olduğunu bildirdi.
”Ermənilər bir dəfə öz niyyətlərini həyata keçirdiblər.Türk yazıçısı Orxan Pamukun “Nobel” alması üçün əllərindən gələni ediblər.Bu niyyətin baş tutması da ermənilərin güclü olması səbəbindən yox, Orxan Pamukun dünyada tanınması, əsərlərinin dünya ölkələrində oxunmasının nəticəsi idi.Əkrəmi heç kim tanımır.Ermənilər özləri bu əsəri oxuya bilər, amma bu, o demək deyil ki, onlar Əkrəmi “Nobel”-ə namizəd göstərsələr, Əkrəm "Nobel" alacaq.Əkrəm Əylisli “Nobel” mükafatını yuxusunda görər.Onun namizəd göstərilməsinə və ya qalib gəlməsinə bir faiz də inanmıram.”
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
Ekologiya10:36Qubaya güclü qar yağdı - VİDEO
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz















.jpg)





















.jpg)

