Yazarlar
“Ümidlərin izi ilə” romanı Xəzər Universitetində müzakirə olundu - Fotolar
Şəmil Sadiq: “Gənc yazarlarımızın milli əhəmiyyət daşıyan mövzulara az toxunması məni narahat edir”
Müşfiq Xan: “Biz yalnız bədii əsər yaratmağa çalışmadıq, “Ümidlərin izi ilə” romanında acı həqiqətlər var”
Xəzər Universitetində Xocalı faciəsinə həsr olunmuş "Ümidlərin izi ilə" romanının müzakirəli təqimatı oldu.
Universitetin Oxucu Klubu tərəfindən təşkil olunmuş tədbirdə romanın həmmüəllifləri Şəmil Sadiq və Müşfiq Xan tələbələrlə görüşüb, roman barədə danışıblar.
Qonaqları təqdim edən Universitet kitabxanasının direktoru Gülşən Mehdiyeva bildirib ki, Azərbaycanın çağdaş ədəbiyyatında Qarabağ mövzusunda yazılan ən yaxşı nəsr əsərlərindən biri kimi, “Ümidlərin izi ilə” romanı öz oxucusunu uzun müddət təsir altında saxlaya bilən və çox diqqətlə işlənilmiş əsərdir.
“Bu romanın çox satılan kitablardan olması da sevindiricidir ki, gənclərimiz milli ruhda romana maraq göstərir, oxumağa çalışırlar”.
Əsər barədə danışan həmmüəllif, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bildirdi ki, əsərə sadəcə Qarabağ mövzusunda yazmaq naminə başlamayıblar: “Bu əsərin yazılmasında canlı şahidlər, eləcə də dövlət orqanları tərəfindən müəyyən dəstək oldu. Özümüz də xeyli araşdırmalar apardıq. Aytəkinin gündəliyi hissəsini mən işləmişəm, əsərin kompozisiyasının işlənməsi, süjetin qurulması isə Müşfiq Xan tərəfindən həyata keçirilib. Biz bu əsərin süjet və obrazları barəsində xeyli danışdıq, səfərlərdə olduq. Ermənilərin azərbaycanlı əsirlərin başına gətirdikləri işgəncələr barədə də dəqiq məlumatlar topladıq. Romanda bu mənzərəni canlandırmaq üçün Xocalı faciəsinin canlı şahidləri ürək yanğısı ilə danışdılar. Hətta “bizim yaramızı təzələməyin” deyərək danışmaqdan boyun qaçıranlar da oldu”.
Ş.Sadiq vurğuladı ki, Azərbaycanda gənc yazarların milli əhəmiyyət daşıyan mövzulara az toxunması onu narahat edir: “Qarabağ mövzusu çox genişdir və canlı şahidlər də var, amma nədənsə, yazarlarımız bu mövzuya az toxunur. Ən azından, nəsə uydurmağa ehtiyac yoxdur, burda qisas hissi və ya işgəncənin əksindən əvvəl, ideoloji mahiyyət üzə çıxarmaq lazımdır. Ədəbiyyatın cəmiyyət üçün önəmi böyükdür. Ötən əsrin 90-cı illərindən fərqli olaraq artıq ədəbiyyat bu hadisəni sindirməli, həzm etməli, obyektiv yanaşma ilə maraqlı əsərlər ortaya çıxarmalıdır”.
“Ümidlərin izi ilə” romanının həmmüəllifi, Hədəf Nəşrlərin direktoru Müşfiq Xan da öz növbəsində qeyd etdi ki, romanın yazılması zamanı şəxsən özü çox əsəb gərginliyi yaşayıb: “Belə bir əsər işləmək, bir Azərbaycan yazarı üçün həqiqətən ağırdır. Çox bədiilik qatmağa da ehtiyac yoxdur, hətta bir çox vəhşiliklər də baş verib ki, onları yazmaq, oxucuya çatdırmaq çətindir. Əsərdə əsir Azərbaycan qızlarının uşaqlarının Türkiyədə dilənçi mafiyasına təhkim olunması, qadınların isə xarici ölkələrə göndərilməsi barədə yazılan məqamlar acı həqiqətlərdir. Bunu demək nə qədər ağır olsa da, erməni vəhşiliyi sadəcə soyqırımla bitməyib. Bir daha vurğulamaq istərdim ki, biz yalnız bədii əsər yaratmağa çalışmadıq, “Ümidlərin izi ilə” romanında acı həqiqətlər var”.
Müzakirə Xəzər Universitetinin tələbələrinin-oxucuların verdiyi suallarla davam etdi. Müzakirənin sonunda Xəzər üniversitetinin kafedra müdirləri Vurğun Eyyub, Mayıl Yaqubov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Aslan Salmansoy, Solmaz Həyatova çıxış etdi, Xocalı faciəsi haqqında və bu mövzuda yazılan "Ümidlərin izi ilə" romanı barəsində öz fikirlərini söylədilər.
Tədbir müəlliflərin Şəmil Sadiqin "OdƏrlər" romanının kitabxanaya və aktiv tələbələrə hədiyyə etməsi ilə yekunlaşdı.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















