Yazarlar
Dostları Tofiq Abdini anır
Tanınmış yazar Tofiq Abdinin qəfil vəfatı hamımızı sarsıtdı. Onun dostları üçün də bu, ağır bir itkidir. Qələm dostları Tofiq abini belə anırlar.
Aqil
Abbas (yazıçı, millət vəkili): Tofiq Abdinin vəfatı ədəbiyyatımız
üçün böyük itkidir. O, bədii publisistikamıza özünəməxsus üslub
gətirmişdi, onun yazıları hamıdan seçilirdi, sevilirdi, oxunurdu.
70-ci illərdə “Qobustan” jurnalında dərc olunan yazıları yazı
tərzinə görə qeyri-adi idi. Bənzərsiz yazar idi. Allah rəhmət
eləsin!
Fəthi
Gədikli (İstanbul Universitetinin professoru): Şok içindəyəm. Hər
zaman onu sevgiylə, sayğıyla anacağam. Daha mənə arada zəng edib
“bu nədir” deyə soruşacaq bir adam olmayacaq. Məmləkətinin dərdini
öz dərdi bilən insan idi. Türk dünyasının ağrılarını öz içində
daşıyan bir yazar idi. Sevgili ailəsinə səbr və dözüm diləyirəm.
Ruhu şad olsun!
Qalib
Toğrul (yazar): Ən azı həftədə bir dəfə Tofiq müəllimlə görüşərdik.
Bazar günü futboldan çıxan kimi ona zəng edər, evinin qarşısından
götürüb çayxanaya gətirərdim.
Abi, həyatda oldugun sonuncu bazar günü çayxanadan tez qalxacaqdım,
sənə zəng etmədim. Mənsiz darixarsan, deyə. Adətən, bazar günü sənə
zəng etməyəndə sən məni arayardın. Bu dəfə sən də zəng etmədin.
Beləcə bizim növbəti görüşümüz qiyamətə qaldı, abi.
Mayis
Əlizadə (araşdırmaçı, yazar): Tofiq heç vaxt öz xarakterini terk
etmedi. Onu özəl qılan da bu idi. 50 yaşı olanda “Şair yaranan əmrə
peşiman ola bilməz” adlı yazımı “Qobustan” jurnalına vermişdi.
Dünəndən bəri son məktubuna baxıram, onsuz da hay-küylü olan
İstiklal caddesindəki səsi qulağımdan getmir. Elə bilirəm ki,
Karaköyə qədər arxasınca baxdım, ordan gəmiyə minib getdi...
Kənan
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















