Gələn həftə “Kitabçı” gəlir
Bizi izləyin

Yazarlar

Gələn həftə “Kitabçı” gəlir

Gələn həftə “Kitabçı” gəlir

“Kitabçı” jurnalı gələn həftədən satışda olacaq. Məzmunu və formatı etibarilə olduqca yeni, yenilikçi bir sənət, ədəbiyyat, kitab dərgisidir. Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı imzaları var. Aylıq, rəngli nəşr olan “Kitabçı” jurnalının hansı zərurətdən yarandığı barədə sualı baş redaktor Səlim Babullaoğluna ünvanladıq.

-Ondan başlayım ki, bizdə şükür Allaha, jurnal çoxdur, özü də qlamur jurnallar daha çoxdur. Üz qabıqlarında da ya model-müğənni şəkli, ya da maşın... Yox, biz bunun əleyhinə deyilik. Sadəcə, faktdır bu. Və həmin jurnalların arasında çox az qism nəşr var ki, ədəbiyyata, kitaba , yaxud söz sənətinə layiqli yer ayırır. Əgər o nəşrləri vərəqləsəz, görərsiz ki, kitab və əhli-kitab orda ögey uşaqlar kimi küncə qoyulub. Üstəgəl, bizdə yazıçıların və kitabla bağlı adamların qəribə, bir qədər miskin, uğursuz obrazı var.

Cəmiyyətdə belə bir klişe var. “Kitabçı” nın yaranma səbələrindən başlıcası bunun belə olmadığını anlatmaq və göstərməkdir. Başqa tərəfdən kitabla bağlı, kitaba yer ayıran əksər nəşrlər bir neçə baxımdan zövqsüzdür, müasir dərgiçilik ənənələri baxımdan qənaətbəxş deyil və bəlkə də az əvvəl dedyim klişeni yaradan səbəblərdən biri də budur. “Kitabçı” həm də bu klişeni dağıtmaq üçünür.

Ktabla əlaqəli adamlar-istər yazarlar və alimlər olsun, istər naşirlər, istər rəssamlar olsun, istər redaktorlar, cildçilər, dizaynerlər- bu adamlar hörmətəlayiq, ciddi və dəyərli adamlardır. Daha bir səbəb, belə deyək kitab bazarına təklif olunan kitabları saf-cürük edə biləcək ekspertlər qrupunun formalaşması məsələsidir ki, bu da vacib məqamdır.

Normal yazar-naşir münasibətlərinin formalaşması, sivil hala gəlməsi məsələsi bu səbəblər sırasındadır . Çünki “Kitabçı” təkcə jurnal deyil, eyni zamanda kitablar nəşr edəcək müəssisədir. Göründüyü kimi bizim səbəblərimiz və hədəflərimiz bir deyil.

-Jurnalın kollektivi, yaradıcı heyəti haqqında məlumat verərdiniz.

-Jurnalın şef-redaktoru tanınmış ədəbiyyatşünas, eyni zamanda olduqca peşəkar redaktor Seyfəddin Hüseynlidir və mətnlərlə işləmək kimi ağır yük məhz onun boynundadır. Koordinasiya işləri ilə redaktorlardan biri kimi istedadlı yazıçı və şair Fərid Hüseyn məşğuldur.

Ümumiyyətlə isə çağdaş ədəbiyyat və sənət mühitimizin çox istedadlı imzaları- Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarlar, ekspetlər, məsləhətçilər qrupumuz var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə “Press fakt” kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir.

Bizim jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan , Yaponiya kimi ölkələrdən daimi yazı yazanlar olacaq. Artıq yazırlar. Özü də bu adamlar öz ölkələrinin tanınmış adamlarıdır, mütəxəssisləridir.

Kənan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm