Yazarlar
Anar: “Qərarımı qurultay ərəfəsində verəcəm”
Azərbaycan Yazıçılar Birliyinin qurultayı martın axırları,
aprelin əvvəllərinə planlaşdırılır. Birliyin sədri yazıçı Anar
deyib ki, qurultaya intensiv hazırlıq gedir: “Qurultayda birliyin
nizamnaməsinə uyğun olaraq nümayəndə heyəti iştirak edəcək. İndi
elə həmin proses gedir. Konkret nə qədər nümayəndənin iştirak
edəcəyini hesablayırıq. Qurultayın harada keçiriləcəyi hələ bəlli
deyil. Bəlli olan odur ki, qurultay paytaxtda olacaq”.
Sədr bildirib ki, qurultayda Yazıçılar Birliyinin nizamnaməsinə
bəzi dəyişikliklər ediləcək: “Layihəni hazırlayırıq, qurultaya
çıxaracağıq. Qurultay təsdiq etsə, dəyişiklik olacaq. Məsələn,
bizim yeni mətbuat orqanlarımız var, onları nizamnaməyə əlavə
edəcəyik”.
“Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyinizi
verəcəksinizmi” sualına yazıçının cavabı belə olub: “Dəfələrlə
demişəm ki, qərarımı qurultay ərəfəsində verəcəyəm. Ona qədər heç
nə deyə bilmərəm. Başqa namizədlərin olduğu haqqında da heç nə
eşitməmişəm. Bəlkə də var namizədlər, mən bilmirəm”.
Anar 1934-cü ildə yaradılmış AYB-yə 1987-ci ildən rəhbərlik edir.
/Media forum/
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















