Yazarlar
“Həqiqət formulu və Sevginin Everest zirvəsinə yüksəliş” kitabı azərbaycan dilində
Qazaxıstanın xalq yazıçısı, türk xalqları arasında “Dünyanın ən yaxşı şairi” mükafatının qalibi, Çingiz Aytmatovla bir neçə əsərin həmmüəllifi Muxtar Şaxanovun “Həqiqət formulu və Sevginin Everest zirvinə yüksəliş” əsərinin ruscadan Azərbaycan dilinə tərcüməsi başa çatıb. Tezliklə tərcümə olunmuş əsər kitab halında işıq üzü görəcək.
Əsəri dilimizə tanınmış istedadlı jurnalist Aydın Canıyev çevirib. Kitab Türkdilli dövlətlərin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycanda keçiriləcək təqdimatının təşkilatçısı Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondudur. Fondun prezidenti Nüsrət Məmmədovun kitabın ərsəyə gəlməsi üçün məxsusi xidmətləri var. Kitabın redaktoru isə telejurnalist Vəli Əkbərdir.
Kitab-essedə Çingiz Aytmatovun həyatından oxuculara məlum olmayan maraqlı, həmçinin vətəndaş mövqeyi, dövləti və milli maraqları şəxsi mənafeyindən üstün tutmasını əks etdirən konkret faktlar, müəlliflə dost-qardaş münasibətləri əksini tapıb. Eyni zamanda, Muxtar Şaxanov Çingiz Aytmatovun qaldırdığı manqurtlaşma prosesinə toxunur, bu prosesi ən incə detallarına qədər araşdırır və BMT-yə, YUNESKO-ya azsaylı xalqlar adından təkliflərini çatdırır. Kitabda Azərbaycan ictimai-siyasi tarixinin sonuncu mogikanı Heydər Əliyevə həsr edilmiş bir bölüm də var. Bütün bunlarla bərabər, kitabda şəxsiyyətə pərəstiş problemi, prezidentlər Qorbaçov, Yeltsin, Akayev, Kərimov haqqında xatirələr, milyarder Soros, şairlər Yevtuşenko, Voznesneski ilə bağlı düşüncələr əksini tapıb. Kitab-essedə qaldırılan və müasir dövrü əhatə edən bir çox kəskin aktual problemlər bizim ədəbi mühit üçün də fundamental əhəmiyyətə malik ola bilər.
Kitabın Azərbaycan dilinə tərcüməsi və Azərbaycanda keçiriləcək təqdimatı Qazaxıstan və Azərbaycan mədəni əlaqələri üçün də bir töhfə olacaq. Qeyd edək ki, kitabın Azərbaycanda keçiriləcək təqdimatında Muxtar Şaxanov, Oljas Süleymenov, İlgiz Aytmatov, Bolot Şəmşiyev və bir sıra Qazaxstan və Qırğızstandan tanınmış şəxslərin iştirakı gözlənilir.
Bakupost.az
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















