Yazarlar
Kədərli gün
Mən həmişə ağlamaq istəyəndə yağış yağır.
Bu gün dostumuzun evində olarkən anladım ki, hər şey – otaqda olan əşyalar, evdəki insanlar mənim kefimi açmaq üçün əlləşir. Ancaq içimdəki kədərin, çiyinlərimə yüklənmiş dərdin ağırlığının heç vaxt məni tərk etməyəcək qədər güclü olduğunu hiss edirdim.
Yağış mən evdən çıxanda başladı. Göydən aşağı tez-tez inci dənələri kimi tökülən damlalar üzümü isladırdı. Yağış mənə həmişə sevdiyim qızı xatırladır. Çünki mən nə vaxt onu görürəm, ertəsi gün ya yağış yağır, ya da qar. Təbiətin mənim içimdəki kədərlə oynadığı bir oyunda həmişə uduzmuşam.
Yağış durmadan yağırdı. Mən qərara aldım ki, sevdiyim qızın məhəlləsinə gedim. Bu gün kədərli gün idi. Bunu anlamışdım...
Səki ilə addımlayırdım. Gecə düşmüşdü. Yollar adamsızdı. Mən heç nəyə fikir vermədən ağlaya-ağlaya irəliləyirdim. Maşınların önündən çıxan işıq seli qaranlıqda görünməyən damlaları bir anda ortaya çıxarır və bu yağış damcıları sanki bir topa ağcaqanad kimi bir-birinə qarışırdılar.
Onların məhəlləsinə çatanda qarşıma bir maşın çıxdı. Onun ön faraları gözümü qamaşdırdı. Mən ağlamışdım, amma yağış yağdığından bunu heç kəs görə bilmirdi. Heç kəs başa düşmürdü yanağımla süzülən göz yaşlarıdı, yoxsa kirpiklərimdən şoralanan yağış damlaları.
O qədər yalqız idim ki, ölmək istədim. Özümü heç vaxt çıxa bilməyəcəyim quyuda hiss edirəm. Qaranlıq və soyuq – mənim taleyimin əsasına çevrilmişdi.
Yuxarı pəncərəyə baxa-baxa düşünürdüm ki, məni tənhalıqdan qurtaracaq bir qız var. Amma o da məni unutmaqda və sıradan bir qız kimi insanlara qarışmaqda idi. Mən onun insanlara qarışıb gözdən itməsindən qorxuram. Çünki mən bu qədər əclafın, şərəfsizin içindən onu tapmışdım, onu seçmişdim. O cəmiyyətdən, iyrəndiyim insanlardan uzaq idi, təmiz idi. Onun hamı kimi olduğunu düşünmək belə istəmirdim. Axı o, tamam başqadı. Məni sevməsə də, mənimlə birgə ölməsə də, bu belədir.
Onu sevdiyim qədər əzablıdır bu şəhər. İndi Bakı küsəyən uşaq kimi ağlayır. Mənim gözümdən də yaş süzülür. İrəlidə qapqaranlıq gecənin fonunda xırda-xırda közərən işıqlar da deyir ki, bu gün kədərli gündür. Yağış isə durmadan kədərli günün üstünə ağlayır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















