Yazarlar
Azərbaycanda ən böyük kitab marketinin açılış günü bəlli oldu!
Azərbaycanda ən böyük kitab marketinin açılış mərasimi keçiriləcək. “Kitabevim.az” Mağazalar Şəbəkəsinin “28 May” stansiyası yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşən yeni kitab marketinin Açılış mərasimi martın 16-da, saat 15:00-da baş tutacaq.
Publika.az xəbər verir ki, açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.
Minlərlə kitabın satışından əlavə, Kitabevim.Az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunub. Qeyd edək ki, açılışa gələn oxucular özləri ilə bir kitab da gətirib, əvəzində bu guşədən başqa kitab götürə biləcəklər.
Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını həyata keçirməkdir. Burada müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq.
Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə, eyni zamanda seminar, diskussiyalar və imza günlərinin keçirilməsi üçün geniş bir təqdimat guşəsi də yaradılıb.
“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılır.
Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanırlar.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















