Yazarlar
Bizim olmayan oxucular
Sovet dövrünü yaşamış ahıl yaşlı insanlar indiki gənc nəslin kitab oxumamasını qınayırlar. Onlar deyirlər ki, Sovet dövründə bu belə deyildi. Gənclər yeni kitab çıxan kimi çalışırdılar ki, onu birtəhər əldə etsinlər. Kitab mağazalarının qabağı insanlarla dolu olardı. Elə vaxtlar olurdu ki, kitab qurtarırdı, gənclər dost-tanışlarından onu oxumağa alırdılar. Yəni maraq onları üstələyirdi. Guya indikindən fərqli olaraq daha faydalı işlərlə məşğu olublar.
Bəli, bu yuxarıdakı sözləri Sovet dönəmini yaşamış qocalar deyirdi. Bu sözləri mən onlardan dinləyəndə bir az heyfslənərdim. Deyərdim, kaş indiki gənclər də bu qocaların dedikləri kimi olardılar. Lakin araşdırıb Sovet dönəmindəki Azərbaycan oxucularının sayını öyrənəndə daha bir təəssüf hissi keçirdim. Sən demə Azərbaycan Sovet vaxtında da oxucusunun sayına görə, hətta Tacikistandan belə geridə qalıb.
İndi də vəziyyət o qədər də fərqli deyil.
Azərbaycanda ciddi şəkildə oxucu problemi var. Mən bu oxucuları üç yerə bölərdim:
1) Bu tip oxucular yalnız Dostoyevski, Kafka, Tolstoyun əsərlərini oxuyurlar. Məsələ ondadır ki, bu dahiləri oxuyanlar özlərindən fəlsəfə quraşdırmağa başlayırlar. Bir sözlə, Dostoyevski, Kafka, Tolstoy qiyafəsi geyirlər. Ən təhlükəlisi isə odur ki, bu tip oxucular Azərbaycan yazıçılarından da dərin mövzulu, əlçatmaz əsərlər gözləyirlər. Halbuki onların bilmədiyi sadə bir həqiqət var: Hər böyük yazıçı daşıdığı yükün ağırlığına girə bilir. Məsələn bir misal çəkək: Mark Tven. Bu yazıçı uşaq ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Və o da böyük yazıçıdır. Ondan Dostoyevskilik gözləmək əbləhlik olardı. Və bu cür yanaşama cılızlıq əlamətidir.
2) Bu tip oxucular, ümumiyyətlə, təhlükəlidir. Onlarla danışmağa belə dəyməz. Oxuduqları 2-3 kitab var. Onları da Sovet vaxtı oxuyublar. Ədəbiyyata baxışları çərçivəlidir.
3) Və ən nəhayət: ən təhlükəli oxucular. Bunlar özlərini oxucu saymasalar heç bir işimiz yoxdur. Sadəcə bu oxucular metro, bulvar ədəbiyyatını ciddi nümunə kimi camaata sırımaq istəyirlər.
Mən istənilən kitabı oxuyan adamın tərəfindəyəm. Kitab oxumaq gözəl bir vərdişdi.
Amma və lakin...
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















